AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Doktor Əmir Əhmədyan: İran Azərbaycana enerji nəqli üçün alternativ yollar təklif etməlidir

Bəhram Əhmədyan: “Azərbaycan Respublikasının dünya bazarlarına enerji nəqli yollarının Ermənistan tərəfindən təhdid olunmasına diqqət etməklə, hazırkı şəraitdə İran Azərbaycan tərəfinə enerji nəqli üçün alternativ yollar təklif etməlidir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Tehran Universitetinin müəllimi doktor Bəhram Əmir Əhmədyan “Tovuz döyüşlərinə diqqət etməklə Qafqaz regionu hadisələrinin araşdırılması haqda dəyirmi masa”da Qarabağ məsələsinin mürəkkəbliyinə toxunaraq deyib: “Bu məsələ barədə sahə tədqiqatları aparılmalıdır.”

Doktor Bəhram İran və Azərbaycan arasında ticarət və siyasi münasibətlərin genişləndirilməsinin zəruriliyini də vurğulayaraq deyib: “Bu zəruri məsələyə nail olmaq üçün Qafqaz Mədəniyyət Mərkəzi kimi araşdırma mərkəzləri qonşu ölkə xalqının davranışlarını araşdırmalıdır.”

Tehran Universitetinin müəllimi daha sonra deyib: “Tovuz bölgəsi Qafqazın bərzəxi sayılır və Xəzər dənizindən keçərək Qara dənizə getmək istəyən, bu bölgədən (Orta Qafqaz) keçməyə məcburdur.

Azərbaycan Respublikasının neft və qaz boruları, quru yol və dəmir yol xətləri də bu bölgədən keçir. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə də bu bölgədə yerləşir.”

Tovuz döyüşlərinə toxunan doktor Bəhram deyib: “Bu döyüşlərdə məlum oldu ki, bölgədə əməliyyat üçün qabaqdan hazırlıq görülüb. Çünki Ermənistan bu strateji bölgədə çoxlu hərbi döyüş bazalarına sahibdir. Bu da bölgənin strateji olmasına görədir. Qabaqlar Kəlbəcəri də bu bölgəyə yaxın olduğu üçün işğal etdilər ki, neft və qaz boruları keçən yerləri öz hədəflərində saxlaya bilsinlər.”

O, Qarabağ münaqişəsinin mürəkkəb olmasına da toxunaraq deyib: “Bu məsələ barədə sahə tədqiqatları aparılmalıdır. İranın  münaqişəyə daxil olması bu araşdırmalara diqqət etməklə olmalıdır.”

Doktor Bəhram İran və Azərbaycan tədqiqatçıları arasında fikir mübadiləsi aparılmasını da zəruri sayaraq deyib: “Nümunə olaraq deyim ki, biz Qafqazın atlasını hazırlamaq mövzusunu təklif etdik, lakin 10 il ötməsinə baxmayaraq hələ də bu atlas çap olunmayıb. Halbuki, belə mənbələr bizim tarixi və siyasi əsaslarımızı qoruya bilər.”

Doktor Bəhram çıxışının digər hissəsində deyib: “Xarici anlaşmalarda geopolitik kodlara diqqət etmək, qarşı ölkənin ehtiyac və istəklərini araşdırmaq və dəyərləndirmək lazımdır. Əgər bu mühüm məsələyə diqqət yetirilsəydi, bugün İran və Azərbaycan Respublikası arasında iqtisadi münasibətlər daha möhkəm və daha güclü olardı. Bunun nümunəsini neft satışı məsələsində görmək olar. Azərbaycanın xaricə çıxan enerji nəqli yolunun Ermənistan tərəfindən təhdid edilməsinə diqqət etməklə, hazırkı şəraitdə ən yaxşı vaxtdır ki, İran İslam Respublikası Azərbaycana enerji nəqli üçün alternativ yollar təklif etsin.”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button