ArxivmədəniyyatXəbər lentiXəbərlər

“Diktatorların xalqdan qarət etdiyi pullar xalqa qaytarılmalıdır” – Ekspert rəyi

Diktatorlar uzun zaman öz postunda qala bilməycəyindən ehtiyatlanaraq və digər amilləri nəzərə alaraq öz dövlətindən oğurladığı vəsaitləri ABŞ və Qərb banklarına etibar edir. Bu heç kəsə sirr deyil ki, Qərb bankları həm qorunma, həm də məxfilik baxımından bu cür pullar üçün ideal yerlərdir. Amma bir çox diktatorlar devrildiyi vaxt Qərb və ABŞ banklarında saxladığı pullar birtərəfli şəkildə dondurulur. Bu gün devrilmiş diktatorlara məxsus külli miqdarda vəsaitlər məhz ABŞ və Qərb banklarında saxlanılır. Latviya, keçmiş prezident Viktor Yanukoviçin bu ölkə banklarından birində saxladığı 50 milyon avronu müsadirə edib. Bu, Yanukoviç hakimiyyəti dövründə Ukraynadan oğurlanan 30-40 milyard dolların bir hissəsidir. Avropa İttifaqı cəmi iki həftədə Qəzzafinin 60 milyard avroluq aktivlərini aşkarlayıb dondurdu. Keçmiş Misir prezidenti Hüsnü Mübarəkin Qərb banklarında saxladığı aktivlər isə 70 milyard dollar həcmində idi. 2011-ci ildə İsveçrə Tunisin eks-prezidenti Zin əl-Abidin Ben Əlinin 67.5 milyon dollarını dondurub.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, diktatorların saxladıqları pulların Qərb bankları tərəfindən müsadirəsi onların qazanclarından biridir: “Qərbin devrilən dikatatorların devrilməsinə verdiyi dəstəklərdə bir çox amil rol oynayıb. Bunlardan biri məhz o diktatorların öz adına saxladığı külli miqarda vəsaitlərin Qərb bankları tərəfindən mənimsənilməsi amildir. Bu kifayət qədər ciddi amillərdən biridir. Əsas məqsəd isə Qərbə tam itaətdə olan rejimlərin qurulmasıdır. Məsələn Səddam Hüseyn çox yarıtmaz rəhbər idi. Amma onun devrilməsi məhz onun itaətkar olmaması ilə bağlı oldu. Eyni proses Liviyada da, Misirdə də həyata keçirildi. Yəni, bu gün devrilən rejimlər məhz Qərbə itaətkarlıq etməmələri ilə bağlı idi. Bu əməliyyatlar zamanı diktatorların saxladıqları pulların Qərb bankları tərəfindən müsadirəsi onların qazanclarından biridir. Ümumiyyətlə Qərb və ABŞ bu əməliyyatlardan bir neçə varinatla qazanır. Öz hərbi sənaye komlekslərinə sıçrayışlar verirlər. Həmin ölkələrə küllü miqdarda silah-sursat satıb sərvət qazanırlar. Bu əməliyyatların yükünü məğlub ölkənin üzərinə qoyurlar. Eyni zamanda diktatorların pullarını çirkli pullar adı ilə müsadirə edib öz maliyyə sistemərinə əlavə dəstək qazanırlar. Qərbin öz ideyalarına əsasən, həmin pullar məhz diktatorlar tərəfindən qarət edilmişdir və xalqa qaytarılmalıdır. Amma kimdir 240 milyard dolları Liviyaya və ya digər ölkələrə qayataran?” Deyerler.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button