ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

DEVAMM sədri: Ustad Mütəhhəri özünün dediyi kimi şəhadəti ilə toplumların oksigeninə çevrildi

Hacı İlqar İbrahimoğlu: Şəhid Mütəhhərinin elm və əməl vəhdəti o qədər yüksək həddə idi ki, bu böyük Ustad öz sözündə dediyi kimi şəhadəti ilə toplumların oksigeninə çevrildi.

Qafqaz Həqiqətləri xəbər verir ki, Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu Şəhid Mütəhhərinin elm və əməl vəhdətini onun uca şəxsiyyətinin ən bariz xüsusiyyəti adlandıraraq deyib: “Şəhid Mütəhhəri həyatda olduğu vaxt deyirdi ki, şəhidlər toplumun oksigenidir. O, öz şəhadəti ilə toplumların oksigeninə çevrildi.”

Hacı İlqar İbrahimoğulu Ustad Mürtəza Mütəhhərinin şəhadət ildönümü və Müəllim Günü münasibətilə yaydığı səs yazısında Ustad Mütəhhərinin bütün əsərlərinin azərbaycan dilinə tərcümə ediləcəyinə ümidvar olduğunu bildirib. DEVAMM sədri deyib: “Azərbaycanın gənc nəsli Şəhid Mütəhhərinin tərcümə edilmiş əsərləri vasitəsilə və digər müxtəlif yollarla bu böyük şəxsiyyətlə tanışdırlar. Hələ də təəssüflər olsun ki, Şəhid Mütəhhərinin bütün əsərləri dilimizə tərcümə edilməyib. Ustad Mütəhhərinin qaldırdığı mövzuların üzərindən on illər keçməsinə baxmayaraq, elə bil, bu məsələlər bu gün qaldırılıb. Onun işlərinin və təfəkkürünün bu qədər təsirli olmasının səbəbi elm və əməlin vəhdətini yaşatması olmuşdur.

Şəhid Mütəhhəri öz həyatı boyu elm və əməlin vəhdətini təsdiq etmişdir. Şəhid Mütəhhəri deyirdi: “Şəhid toplumun oksigenidir”. İllər keçir, özü şəhid olur və özü toplumların oksigeninə çevrilir. Şəhid Mütəhhərinin şəhadəti ilə onun təfəkkürü hətta yaşayışındakı dövrdən də artıq və şiddətli şəkildə cəmiyyətin yaşayışı üçün lazım olan oksigenini təşkil edir və günümüzədək bu fikirlərdən faydalanırıq.”

DEVAMM sədri vurğulayıb: “Biz fikir və təbliğatımızın təsirli olmasını istəyiriksə, şəhid Mütəhhərinin bu xüsusiyyətinə diqqət yetirməliyik. Yüzlərlə bilənlər, yazıçılar, maarifçilər və natiqlər, araşdırmaçılar gəlib gedir, amma çoxlarının işi cəmiyyət üçün faydalı olmur. Mümkündür, cəmiyyətini bir kəsimi üçün faydalı olsun, amma az adam tapılar ki, şəhid Mütəhhəri kimi fikirləri bütün cəmiyyətə faydalı olsun. Elm əməllə müşahidə olduğu zaman həmin fərdin maarifçiliyi də öz nəticəsini verir. Şəhid Mütəhhəri bu xüsusiyyətin bariz nümunəsi idi.”

Hacı İlqar İbrahimoğlu Ustad Mütəhhərinin digər uğurlarından birini də onun İmam Xomeyni və Əllamə Təbatəbai (Allah hər ikisinə rəhmət etsin) kimi köklü və fundamental müəllimlərdən dərs alması və sözün həqiqi mənasında İslamın həqiqi irsinə bağlantısı olmasında bilir. Bu da göstərir ki, insanların yetişməsi üçün sağlam və bilgiləri yetərli müəllimlər olmalıdır. Şəhid Mütəhhəri hər mənada İmam  Xomeyni və Əllamə Təbatəbainin dediklərini anlayan, yaşatmağı bacaran və əmələn təcrübədə həyata keçirmək imkanını göstərən bir şəxsiyyət idi.

Cümə məscidi dini icmasının imam camaatı şəhid Mütəhhərinin üçüncü önəmli xüsusisiyyətini onun mürəkkəb və qəliz yazmaqdan imtina etməsi adlandıraraq deyib: “Ustad Mütəhhəri mürəkkəb və akademik yazmaqdan imtina edərək, çox qəliz və mürəkkəb mövzuları sadə dildə və toplumun anlaya biləcək müstəvidə verir. Ustadın əsərlərinin çoxu da onun kitaba çevrilmiş çıxışlarıdır.

Ustad Mütəhhəri çox önəmli bir nöqtəni çatdıraraq deyir ki, mən hər zaman toplumun ehtiyacı olduğu mövzuların ardınca getdim. Hər bir təhqiqatçı öz ürəyi istədiyi mövzunu araşdıra bilər, amma Ustad Mütəhhəri əsasən, cəmiyyətin bilməli olduğu və ehtiyacı olduğu mövzular barədə araşdırma aparırdı.”

Hacı İlqar İbrahimoğlu Şəhid Mütəhhərinin digər bir önəmli xüsusiyyətini önə çəkərək deyib: “Ustad Mütəhhəri “elm adamının təkcə elmlə məşğul olmaq” süni stereotipini də dağıdır. Elm səhnəsində və həyatın bütün ictimai səhnələrdə iştirak edir.

Ustad Mütəhhəri ibadətdə ən çox müraqibə və ən çox diqqət edən adamlardan olmuşdur. Elm və təhqiqatla məşğul olmaq onun ibadətdə ciddi müraqibə etməsinə mane olmurdu.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button