AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Dehgülan şəhərinin imam cüməsi AİP sədr əvəzinin həbsini pislədi

AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsinin ardınca Dehgülan şəhərinin imam cüməsi mamusta Əbdussalam Məhəmmədi bəyanat yayaraq Azərbaycan Respublikası polisinin bu hərəkətini pisləmiş və tanınmış azəri ruhaninin azad edilməsini istəmişdir.

Qafqaz Həqiqətləri Dehgülan şəhərinin İmam Cümə Ofisinin informasiya mərkəzinə istinadla xəbər verir ki, Kürdüstan əyaləti Dehgülan şəhərinin imam cüməsi mamusta Əbdussalam Məhəmmədinin bəyanatı aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنتُمُ الْأَعْلَوْنَ إِن کُنتُم مُّؤْمِنِینَ

إِن یَمْسَسْکُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهُ ۚ وَتِلْکَ الْأَیَّامُ نُدَاوِلُهَا بَیْنَ النَّاسِ وَلِیَعْلَمَ اللَّهُ الَّذِینَ آمَنُوا وَیَتَّخِذَ مِنکُمْ شُهَدَاءَ ۗ وَاللَّهُ لَا یُحِبُّ الظَّالِمِینَ.

“Ruhdan düşməyin və qəmgin olmayın. Əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! Siz yara aldınızsa, o biri (kafir) dəstə də o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!” (“Ali-İmran” surəsi, ayə 139-140)

Azərbaycan İslam Partiyası mötədil bir partiya olaraq Azərbaycan Respublikasının müsəlman cəmiyyəti arasında uzun illərdir ki, islami dəyərlərin qorunması üçün bu ölkənin müsəlman xalqını maarifləndirmək sahəsində fəaliyyət göstərir. Bununla belə, AİP, bu ölkənin məzlum dini camiəsi və şiələri sionist rejim, cinayətkar Amerika, diktator və fasid Ərəbistan hökumətinin tapşırığı ilə Azərbaycanın sekular hakimiyyətinin təzyiq, həbs və işgəncələrinə məruz qalır.

AİP sədr əvəzi və islami müqavimət hərəkatının hamisinin həbs edilməsi məni və dünyanın digər azadlıqsevərlərini narahat etmişdir. Ona görə də İslam aləminin bütün azadlıqsevərləri, alimləri, tanınmış simaları və mütəfəkkirlərindən gözləntimiz budur ki, İslamın ucalması, İslam ümmətinin vəhdəti və məzlum müsəlmanların izzətinə görə, bu tanınmış şəxsiyyətin azad olunması istiqamətində bütün mövcud qanuni və beynəlxalq imkanlardan istifadə etsinlər. Habelə, İran İslam Respublikasının hörmətli dövləti və diplomatik aparatından istəyim budur ki, Azərbaycan Respublikası məzlum şiələrini müdafiə etsin, bu ruhaninin dərhal azad olunması üçün qanuni və beynəlxalq vasitələrdən istifadə etsin.

 

Dehgülan şəhərinin imam cüməsi və Kürdüstan Təriqət Əhli Alimləri Birliyinin sədri mamusta Əbdussalam Məhəmmədi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button