ArxivXəbər lentiXəbərlər

Davudoğlunun erməni baş müşavirindən Ərdoğana İTTİHAM: “Mənasız hərəkətdir”

14 dekabrda Türkiyədə “paralel yapı”ya qarşı aparılan əməliyyatlar zamanı “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Saman yolu” televiziyasının baş direktoru Hidayət Karacanın həbsi ilə bağlı müzakirələr davam edir.

Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə bu dəfə hökumət səviyyəsində aparılan əməliyyatlar tənqid edilib.

Türkiyə baş nazirinin erməni  baş müşaviri Etyen Mahçupyan  “CNN Türk”-də Gülən camaatına qarşı aparılan əməliyyatları şərh edərkən bildirib ki, Əkrəm Dumanlı və Hidayət Karacaya qarşı “terror” və “silahlı hörgüt” ittihamının irəli sürülməsi mənasızdır.  Hökumət nümayəndəsinin sözlərinə görə jurnalistləri terrorda ittiham etmək doğru deyil. 

Etyen Mahçupyan onu da qeyd edib ki, Türkiyədə Gülən camaatı artıq öz hökmranlığını, nüfuzunu itirib.

Etyen Mahçupyan “Zaman” qəzetinin keçmiş əməkdaşıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button