ArxivIslamXəbər lentiXəbərlər

Dəyərli “Səvabul-əmal və iqabul-əmal” kitabı artıq satışda

Şeyx Səduq Əbu Cəfərin dəyərli məzhəbi kitabı Azərbaycan dilinə tərcümə olunub

Şeyx Səduqun “Səvabul-əmal və iqabul-əmal” (Əməllərin mükafatı və cəzası) kitabı Azərbaycan dilinə tərcümə edilərək satışa çıxarılıb. Bu dəyərli kitab İslam aləmində xüsusi yerə malikdir. Kitabda hansı əməllərin mükafata və cəzaya səbəb olması Peyğəmbərin (s) və Əhli-beytin (ə) nurani hədisləri ilə bəyan olunmuşdur.

Kitabı Azərbaycan dilinə Müşfiq Mehdibəyli və Peyman Məhəmmədi tərcümə edib. Tərcümə layihəsinin rəhbəri Taleh Abbasovdur.

Kitabdan bir hissə:
ŞƏRAFƏTLİ “SƏVABUL-ƏMAL” KİTABINDAN ƏHLİ-BEYT DÜŞMƏNLƏRİNİN AQİBƏTİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir: “Şərab içən bütpərəst kimidir və Ali Muhəmmədin düşməni ondan da pisdir.” Mən soruşdum: “Sizə fəda olum, bütpərəsdən də pis insan ola bilərmi?” İmam buyurdu: “Şübhəsiz, bir gün şərab içən şəfaətə nail olacaqdır. Amma göy və yer əhli nasibi (Əhli-beyt düşmənləri) barəsində şəfaət etsələr də onların şəfaəti qəbul olunmayacaqdır.”
Əban ibn Təğlib imam Sadiqdən (ə) belə nəql edir: “Bütün nasibilər Allahın itaət və ibadətində həddindən artıq səy etsələr belə, onların aqibəti bu ayədə göstərilən kimi olacaqdır: “Zəhmət çəkib yorulmuşlar, sonra da yanar oda girəcəklər.” (Ğaşiyə, 3-4)
Abdullah ibn Sinan imam Sadiqdən (ə) belə nəql edir: “Nasibi biz Əhli-beytlə düşmənçilik edənlərə deyilmir. Çünki heç bir kəs demir ki, Muhəmməd və Ali-Muhəmmədlə düşmənçilik edirəm. Həqiqətdə nasibi o kəsdir ki, sizlərlə (şiələrlə) düşmənçilik edir və bilir ki, sizlər bizləri dost tutur və bizim şiələrimizsiniz.”
Hümran ibn Əyun imam Baqirdən (ə) belə nəql edir: “Həqiqətən, əgər bütün mələklər, hansı ki, Allah onları yaratmışdır və bütün peyğəmbərlər, hansı ki, Allah onları peyğəmbərliyə seçmişdir və bütün siddiqlər və bütün şəhidlər Əhli-beyt düşmənləri haqqında şəfaət etsələr ki, Allah onları cəhənnəmdən xaric etsin, Allah onları heç vaxt cəhənnəmdən çıxartmayacaqdır. Allah kitabında belə buyurur: “Onlar orada (cəhənnəmdə) əbədi qalacaqlar.” (Kəhf, 3)
Hüseyn ibn Əbil Əla imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, dünya üzərində olan bütün insanlar Əmirəl-mömininin (ə) vilayətini inkar etsələr, Allah onların hamısına əzab verər və onları cəhənnəmə daxil edər.”
Əbu Bəsir imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən , Nuh (ə) it və donuzu öz gəmisinə mindirdi. Ancaq zinadan dünyaya gələni gəmisinə mindirmədi. Bizim düşmənlərimiz zinadan dünyaya gələnlərdən də pisdirlər.”
Əbdülhəmid nəql edir ki, imam Baqirə (ə) dedim: “Bir qonşum var, Allahın bütün haramlarını icra edir. Hətta namaz belə qılmır.” İmam “Sübhən Allah – deyərək onun etdiklərinin çox böyük günah olduğunu bildirdi. Sonra buyurdu: “Bundan daha pisini sənə deyimmi?” Mən dedim: “Bəli.” İmam buyurdu: “Bizimlə düşmənçilik edən ondan da pisdir.”
(Şeyx Səduq (r.ə), “Səvabul-əmal”, səh 209-211)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button