ArxivIslamXəbər lentiXəbərlər

Cümə günə bir çox İslami ölkələrdə FİTR bayramıdır

BƏƏ – də (Birləşmiş Ərəb Əmirlikləri) “hilalı görmə” İslami projesinin elmi heyəti elan ediblər ki, astronomik hesablamalara görə hicri – qəməri tarixi ilə 1436 – cı ilin Ramazan ayının Fitr bayramı bir çox İslam ölkələrində bu həftənin Cümə günü, İyul ayının 17-nə təsadüf edir.

“UAE24/7” xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Məhəmməd Şövkət Övdət – BƏƏ – də (Birləşmiş Ərəb Əmirlikləri) “hilalı görmə” İslami projesinin elmi heyətinin rəisi, bu barədə müsahibə verərək deyib: Astronomik hesablamalara görə bu həftənin Cüməaxşamı günü qürüb çağı 1436 – ci hicri-qəməri ilinin Şəvval ayının hilalı görsənəcək, buna görə hicri – qəməri tarixi ilə 1436 – cı ilin Ramazan ayının Fitr bayramı bir çox İslam ölkələrində bu həftənin Cümə günü, İyul ayının 17-nə təsadüf edir.

“ŞARÇE” astronomiya müəssisəsi də Fitr bayramını BƏƏ və Fars körfəzinin bir çox ölkələri üçün bu həftənin Cümə gününə elan edib.

Bu təşkilatın tədqiqatçısı İbrahim Cərvan dedi: Astronomik hesablamalara görə Cümə günü böyük ehtimalla BƏƏ – də və digər Fars körfəzi ölkələrində Fitr bayramı olacaqdır. Bu hesablamaya görə yerli vaxtla BƏƏ – də saat 5:24-də radələrində Şəvval ayının hilalını görmək olacaq.

Buna baxmayaraq bir sıra İslam ölkələrində də cüməaxşamı günü Şəvval ayının görünməsi ehtimalı çox azdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button