AktualAktualArxivmədəniyyatSosialTarixXəbər lentiXəbərlər

“Çillə gecəsinin nağılları” Bakı Universitetinin dərslik mənbəsi

Məhəmməd Mirkeyani “Çillə gecəsinin nağılları” kitabının Azərbaycan Respublikası Bakı Universitetində fars dilinin təlimi üçün dərslik mənbəsi kimi qəbul edildiyini xəbər verib.

Qafqaz Həqiqətləri xəbər verir ki, yazıçı və tədqiqatçı Məhəmməd Mirkeyani “Mehr” müxbirinə verdiyi müsahibədə deyib: “Bu yaxınlarda “Çillə gecəsinin nağılları” kitabı Bakı Universiteti tərəfindən fars dili fakültəsinin dərslik kitabı kimi tanıdıldı.”

Mirkeyani əlavə edib: “Bu kitab yeniyetmələr üçün nəzərdə tutulmuş nağıl və hekayələrdən ibarətdir. Kitabı Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti və fars dili müəllimi Əsmətxanım Məmmədova azəri türkcəsinə tərcümə edib. Kitabın tərcüməsi 2009-cu ildə həyata keçib və bu yaxılarda dərslik mənbəsi kimi tanıdılıb.

Müdrik qız, İki tülkü, İki müsafir, Kimyagər, Yaqut cam, Daş-qaşla bəzədilmiş qılınc, Xacə və ov iti və s. kimi bir sıra hekayələr Çillə gecəsinin nağılları kitabında yer alıb.”

Bir neçə il bundan əvvəl də Mirkeyaninin “Şirin gecələr” kitabı Qahirə Eyünş-şəms Universitetinin müəllimi Səhər Əbdürbehin doktorluq dissertiyasında istifadə olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button