ArxivIslamMüsahibəXəbər lentiXəbərlər

BMT qətnamələri və sənədlərinə əsasən, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır”.

  • İran Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vuracaq istənilən hərəkəti pisləyir.

Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Trend-ə açıqlamasında deyib.

Səfirin sözlərinə görə, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək və vasitəçilik etmək istəyən ilk ölkələrdən biri olub və bu istiqamətdə müsbət addımlar da atılıb. Bölgədə stabilliyə və əməkdaşlığa ehtiyac var. İran Azərbaycanın həmişə bu münaqişənin sülh yolla həllinə hazır olduğunu nümayiş etdirməsinə sevinir. İran İslam Respublikasının işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimlə hər hansı əlaqəsi yoxdur. İran yük maşınlarının Dağlıq Qarabağa yük daşıması ilə əlaqədar video-kadrlar da saxtadır”.

İranlı rəsmi vurğulayıb ki, İran Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vuracaq istənilən hərəkəti pisləyir:

“Belə hərəkətlər münaqişənin həllinə kömək etməyəcək və onu daha da mürəkkəbləşdirəcək. Erməni tərəfi müzakirələrdə səmimi olmaq iddiasını sübut etməlidir. BMT qətnamələri və sənədlərinə əsasən, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır”.

Qeyd edək ki, son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülər yayılıb. İran tərəfi bu kadrların həqiqətdən uzaq olduğunu açıqlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button