ArxivXəbər lentiXəbərlər

İŞİD-ə qoşulan çeçenlərin respublikaya girişinə qadağa qoyulacaq

«İlk öncə  onu qeyd etməliyəm ki, ictimaiyyət artıq  nəinki Suriya, ya İraqa gedəni, hətta bu şeytanları mənəvi cəhətdən dəstəkləyənlər belə ciddi şəkildə qınayır. İŞİD sıralarına qoşulanların sayı kəskin azalıb, hətta yox səviyyəsindədir».  FaktXəbər-in verdiyi məlumata görə, Çeçenistan prezidenti Ramzan Kadırov özünün «Vkontakte» səhifəsində yazıb. Onun sözlərinə görə, bununla belə  bu terror təşkilatı mövcud olduğu müddətdə  tədbirlər hələ də qüvvədə qalır.

 “Bu keçirilmiş iclasda biz qərara gəldik ki, İŞİD-i seçən şəxslərin Çeçenistana dönməsi üçün yol bağlı olmalıdır və olacaqda. Əgər onlar döyüşməyə qərar veriblərsə, qoy elə orada döyüşüb ölsünlər, Çeçenistana onlar lazım deyil”, deyə Kadırov bildirib.

 Qeyd edək ki, iyulun 15-də Ramzan Kadırov  region ərazisində  İŞİD terror təşkilatının bazasının hətta «iyinin»  belə olmayacağını demişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button