Islam

İmam Xomeyni(r.ə)-ın 1979-cu il yanvarın 27-də fransız müxbir ilə Nofl-Lu-Şatu-da verdiyi müsahibə

Sizin getməyiniz təxirə düşdü. Dünənki aksiya kobudluqla yatırıldı və belə görünür ki, sizin getməyiniz təyinedici deyil. Görəsən, siz islami hüququn bərqərarında tərəddüdə düşmüsünüz?

Bizim nəzərdə tutduğumuz kimi, şah və monarxiya rejimi və şahın təyin etdiyi hökumət- bunların hamısı getməlidir və islami hökumətin bərqərarı ilə vəziyyət təsbit olacaqdır. Vəziyyəti zəiflədən məsələ, dövlət və onun  qoyduğu bəzi ordu başçılarıdır. Mən dəfələrlə demişəm ki, ordu bizimlədir. Bütün bu kobudluqlar bir neçə komandan tərəfindən edilir ki, sonda məğlubiyyətlə üzləşəcəklər.

Bir İslam Respublikası hüdudlarında qoşun necə olacaq?
Əlbəttə, bizə ordu lazımdır və İslam Respublikasının qurulması ilə ordu güclü olmalıdır, lakin xalqın xeyrinə. Ordu əcnəbilərin xidmətində və xalqın yatırdılması üçün deyil,  xalqın xidmətində olmalıdır. İndiyə kimi ordunu elə seçmişdilər ki, işi, xalqı yatırtmaq olubdur. Bir neçə xain komandan əcnəbilərin xeyrinə işləyibdir; bunlar kənara gedərlərsə, ordu xalqın xidmətinə keçəcək və ən modern vasitələrə malik olacaqdır. Əlbəttə, ordunun karına gələcək modern vəsaitlərə, nəinki hazırda yalnız və yalnız amerikalı hərbi mütəxəssislərin karına gəlir.

Fransanın investisiyaları və Fransa ilə imzalanmış müqavilələr qarşısında hansı rəftarı seçəcəksiniz?
Bu məsələlər gələcək dövlətə aid olur. Əlbəttə, xalqın xeyrinə olacaq müqavilələr möhtərəmdir və xalqın zərərinə olanlar ləğv olunacaqdır. Elə fikirləşməyin ki, mən Fransada olduğum üçün Fransanın xeyrinə, öz xalqımızın  isə zərərinə olan addım atacağam. Fransa da digər ölkələr kimidir. Mən hər yerdə olursa-olsun, öz mübarizəmi davam etdirəcəyəm; Fransa və ya başqa bir yer, fərq etməz. Əlbəttə, hələlik şəxsən Fransaya təşəkkür edirəm.

Monarxiya Şurasından istefa vermiş cənab Tehrani görəsən, sizinlə ordu və Bəxtiyar arasında faydalı vasitə rolunu oynaya bilməz?
Bəxtiyarın dövləti qanunsuz bir dövlətdir və onunla vasitəçiliyin heç bir mənası yoxdur; ordu da elə bir yerə malik deyildir ki, onunla müzakirəyə girmək və anlaşma əldə etmək olsun.

Nə üçün Bəxtiyarın xalqa İslam Respublikası ilə digər bir rejim arasında seçim imkanı vermək üzrə təklifini qəbul etmirsiniz?
Bəxtiyar qanunsuzdur və xalq onunla müxalifdir. O, mənim nəzərimcə, xain bir şəxsdir.

Siz İsrail ilə müxalifsiniz və Yasir Ərəfatı himayə edirsiz. Sizin Yaxın Şərq böhranında rəftarınız nə olacaqdır?
Bu məsələlər gələcək dövlətə aiddir və mən hələlik bu barədə fikir söyləyə bilmərəm. Əlbəttə, bir xalq hökuməti hakimiyyətə gələn kimi, İsrail ilə əlqələri kəsəcəyik; çünki qəsbkardır.

Görəsən, siz bu fərziyyəni araşdırıbsınız ki, İslam Respublikasının məsuliyyətini öz öhdənizə götürəsiniz? Hansı həddə və hansı şəraitlə?
Xeyr, mən prezidentlik məsuliyyətini öhdəmə götürməyəcəyəm. Mənim işim, onları istiqamətləndirməkdir.

Siz ötən cümə axşamı günü özünüzün Tehrana daxil olacağınız anda ağır bir hadisənin baş verməsi ehtimalını vermişdiniz. Son saatlardakı hadisələr bu ehtiyatdan xəbər verir?
Nə qədər ki, bu rejim var və nə qədər ki, bu qəsbkar dövlət hakimiyyətdədir, bu cür ehtimalları verəcəyəm. Bu dövlət gedəndə vəziyyət sakitləşəcəkdir. Şəxsən məndən söz getmir. Mən Allahdan istəyirəm ki, xalqımın qarşısında şəhid olum və onun kənarında həlak olum. Mən dəfələrlə demişəm ki, mən adi bir şəxslə eyniyəm.

İslam Respublikası sizin nəzərdə tutduğunuz kimi, neçə partiya əsasında qurulacaqdır? Və görən, digər dini təmayüllər və qeyri-müsəlmanlar möhtərəm sayılacaqlarmı?
İranda bütün partiyalar azad olacaqlar, xalqın maraqları ilə müxalifət etmək çıxılmaq şərti ilə; elə olan təqdirdə, onların fəaliyyətlərinin qarşısı alınacaqdır. Lakin əqidələrin bildirilməsi azaddır. Dini azlıqların da hamısı möhtərəmdir və onların hüquqları İslamda və İslam Respublikasında qorunub saxlanacaqdır.

Heç kəs CIA-nın şah rejiminin qurulması və Bəxtiyar dövlətinin qorunub saxlanılmasındakı rolunu inkar etmir. Belə olan halda, necə Amerikanın rəhbərliyi altda bir hərbi intiqam əməlinə mane olmaq olar?
Şahın aradan getdiyi kimi, xalqın iradəsi bütün problemlərə qalib gələcəkdir. Və ordu onun başçılarından bir neçəsi çıxılmaq şərti ilə xalqdandır və bizimlədir.

Siz xarici himayələrə maliksiniz?
Bizi heç kəs himayə etməyibdir. Bəzən şifahi himayə olubdur, lakin real himayə heç bir vəchlə mövcud deyildir; və biz heç bir himayəyə möhtac deyilik. İran xalqı iradə edibdir ki, qalib gəlsin və mütləq qalib gələcəkdir.

Bəxtiyar hökuməti gedən zaman hansı təcili iqtisadi tədbirləri görmək lazımdır?
Ölkə iqtisadiyyatını xilas etmək üçün biz iqtisadiyyat alimlərinə malkik; onları işə cəlb edəcəyik ki, prioritetləri müəyyən etsinlər. Biz bilirik ki, ölkənin iqtisadiyyatı məhv edilibdir və qələbədən sonra böyük iqtisadi böhranlarla üzbəüzük. Çünki şah İranın xatircəm olması üçün banklarda bir pul qoymayıb və xain şəxslər iri pulları ölkədən çıxarıblar. Lakin biz elə şəxslərə malikik ki, həll yollarını tapa bilərlər. Bütün xalqın İslam Respublikasına arxa durduğu üçün ümid edirik ki, problemlərə üstün gələ, öz maddi və mənəvi cəhətlərimizi qaydaya sala və Allahın ümidi ilə İranı yenidən qura biləcəyik. Ancaq yenə də etiraf etməliyəm ki, qarşıda böyük iqtisadi problemlər durur.

Görəsən, siz bu gecə gedəcəksiniz? Əgər hava limanı bağlı olarsa, nə edəcəksiniz? Deyilənlərə görə, ayrı yolla gedəcəksiniz; hansı yolla?
Hava limanı bağlı olanadək getməyəcəyəm; açılan kimi özümü həmvətənlərimə çatdıracağam ki, onların kənarında ya qalib gəlim, ya da həlak olum.

Bəziləri deyirlər ki, siz Qərbi titrədibsiniz. Görən, biz qərblilərin sizdən qorxmağa haqqımız vardırmı?
Lakin bunu deyirlər ki, Qərb titrəyibdir, əgər bizim haqq mətləbi deməyimiz və bu münasibətlə Qərb xalqlarının qəlblərini titrətməyimiz cəhətdən olarsa, bu, qorxu yaratmır; ümid yaradır. Qərb ümidvar olmalıdır ki, bir xalq öz haqqını almaq üçün bu cür qiyam edibdir. Bəli, ola bilər ki, mənafelərinin xətərə düşdüyünü ehtimal edən qərb dövlətləri qorxuya düşmüş olsunlar, lakin əgər ədalətlə rəftar edərlərsə, qorxuları yersizdir. İran da onlarla ədalətlə rəftar edəcəkdir.

İcbari hicab kimi bəzi islami ənənələr buraxılıbdır. Görəsən, İslam Respublikasında yenidən icbari olacaqdırmı?
Hicab bizim aramızda yayılmış islami hicab mənasında azadlıqla müxalfət etmir; İslam paklığa zidd olan məsələ ilə müxalifdir. Və biz onları islami hicaba üz tutmağa çağırırıq. Və bizim şücaətli qadınlarımız Qərbin sivilizasiya adı altında onların başlarına gətirdiyi bəlalardan təngə gəlib və İslama sığınıblar.

Neftin ədalətli qiymətində məqsəd nədir? Və hansı meyarla təyin olunur- OPEC-in təyin etdiyi qiymətlə?
Bu qiymət bizim dövlətlə digər dövlətlər arasındakı anlaşma əsasında bərqərar olunan bir qiymətdir. Belə ki, nə onların, nə də bizim haqqımız pozulmasın. Biz əsla OPEC-in adı altında maraqlarımızın qarət olunmasına hazır deyilik.

Nə üçün Bəxtiyar dövlətini qanunsuz dövlət bilirsiniz?
Bütün xalqın müxalifətinə görə. Bəxtiyarı şah qoyubdur və bütün xalq şahla müxalifdir və onu kənara qoyubdur. Və ardıcıl aksiyalar və nümayişlərdə bu mənanı sübut edibdir. Qanuni dövlət xalq ilə müxalif olmamalı,  xalqdan və xalq üçün olmalıdır.

Biz qərblilər materialistik; bununla həmin əsasda bizimlə nə cür rəftar edəcəksiniz?
Mən təəssüf edirəm ki, siz qərblilər mənəviyyatı maddi məsələlərə fəda edib və maddi məsələləri mənəviyyatdan üstün tutubsunuz. Həmin məsələ bu bədbəxtçiliklərə səbəb olubdur. Bəşəriyyəti mütərəqqi edən məsələ, mənəviyyatdır. Mənəviyyat insanı xoşbəxt edə və dinclik yarada bilər. Məhz maddi məsələlər insanları bir-birilərinin canına salıbdır. Mən tövsiyə edirəm ki, siz qərblilər mənəviyyat diqqət yetirəsiniz. Siz iddia edirsiniz ki, xristiansınız; görün, Həzrəti İsanın rəftarı nə cür olubdur. Həzrəti İsanın rəftarını öz üsulunuz kimi qərar verin ki, sizin üçün səadət əldə olunmuş olsun. Biz elə bir quruluş yaratmaq istəyirik ki, Həzrəti İsanın rəftarı onda diqqət mərkəzində durur.

Səhifeye Emam, 5-ci cild, 538-542-ci səhifələr

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button