ArxivXəbər lentiXəbərlər

İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin Bəyannaməsini təsdiq edib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Prezidentlərin Bəyannaməsi 2016-cı il avqustun 8-də Bakı şəhərində imzalanıb.

Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış sazişi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button