ArxivIslamXəbər lentiXəbərlər

Cənab Qüdrət Həsənquliyev, öz xalqının bədxahı yox, onun təmsilçisi ol!

Azərbaycan Parlamenti deputanının düşünülməmiş iddiasına cavab

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qüdrət Həsənquliyevin öz ölkəsinin yüksək səviyyəli məsullarının İran İslam Respublikası ilə münasibətləri möhkəmləndirmək və dərinləşdirmək istiqamətindəki təlaşlarına zidd olan əsassız və düşünülməmiş açıqlaması, sözsüz ki, bu ölkəyə xidmət deyil və bu ölkənin milli maraqları ilə təzadlıdır.

AranNews – Azad İslam Universitetinin Təbriz bölməsinin müəllimi doktor Əziz Cavanpur bir məqalədə İran İslam Respublikasını Azərbaycan Respubliksına qarşı riyakar və ikiüzlü siyasət yeritməkdə ittiham edən Azərbaycan Respublikası deputatına cavab olaraq yazıb:
Beynəlxalq əlaqələr, dövlətlər və xalqlar arasındakı münasibətlər prinsipləri regional ölkələr, xüsusilə də bir-birləri ilə müştərək sərhədləri, çoxlu ortaqlıqları olan ölkələr barədə danışdıqda, fikir bildirdikdə iki dövlət və iki xalq arasındakı münasibətlərin genişlənməsi və güclənməsinə təkid edir. Belə ki, onlardan ikisindən biri əleyhinə təhdidlər sözsüz, təxribedici təsirə malik olacaqdır.
Sakitlik və sabitlikdə qonşuluq haqqı tərəflərin qonşuluq qayda-qanunlarına və prinsiplərinə əməl etməsi, ortaqlıqlara diqqət etməsi üzərindədir və əlaqələri möhkəmləndirmək xatirinə bir sıra nöqsanları görməməzliyə vurmağa səy etməyə əsaslanır. İki ölkənin məsulları bəzi gərginlikləri görməməzliyə vurmaqla dostluq və ən yüksək münasibətləri qorumaq üçün yol açmalıdırlar.
Şübhəsiz, İran İslam Respublikası hal-hazırda regional gücdən yuxarı qalxaraq beynəlxalq gücə və beynəlxalq balanslarda həqiqi təsirediciyə çevrilmişdir. Aydındır ki, öz müttəfiqləri ilə son nəfəsinədək yekdil və müttəfiq olaraq qalan, onları ən çətin durumda belə tənha qoymadığını sübuta yetirən bir ölkə ilə həmrəy olmaq, dostluq və münasibətlərini gücləndirmək müttəfiqlərinin milli mənafeinə olduqca müsbət və faydalı təsirlər ərməğan gətirər.
Yuxarıda vurğulanan məsələlərə diqqət etməklə, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd, çoxlu mədəni, mənəvi və dini ortaqlıqlara malik ölkə kimi İranın yanında olması onun üçün əmin-amanlığı, sabitliyi təmin edər, bu ölkə ilə gərginlik və problemləri ən az səviyyəyə endirər.
Bu həqiqətə hər iki ölkə rəsmiləri tamamilə vaqifdir və neçə vaxtdır ki, çoxlu təlaş və qarşılıqlı səfərlərlə müəyyən həddə bu əhəmiyyətli məsələyə nail ola bilmiş, diplomatik münasibətlərin genişlənməsi və dərinləşməsində bir sıra uğurlar əldə etmişlər. Lakin son nəticəyə, hərtərəfli və ən çox anlaşmaya çatmaq üçün maneələr mövcuddur. O cümlədən qeyd etdiyimiz maneə. Azərbaycanlı bəzi şəxsiyyətlərin ara-sıra açıqlamaları, qeyri-müdrik və öz ölkələrinin milli maraqları ilə zidd olan mövqeləri iki ölkə arasındakı anlaşma və dostluq yolunu az da olsa süstləşdirir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qüdrət Həsənquliyevin öz ölkəsinin yüksək səviyyəli məsullarının İran İslam Respublikası ilə münasibətləri möhkəmləndirmək və dərinləşdirmək istiqamətindəki təlaşlarına zidd olan əsassız və düşünülməmiş açıqlaması, sözsüz ki, bu ölkəyə xidmət deyil və bu ölkənin milli maraqları ilə təzadlıdır.
İki ölkə arasında ixtilaf yaratmağa səy etməyə heç vəchlə məntiqi bir don geyindirmək mümkün deyil və onun nəticəsi bu ölkə dövləti və xalqının xeyrinə deyildir.
Azərbaycan dövləti və dövlət adamları bu ölkənin siyasətini İran İslam Respublikası ilə gərginliyi ən az həddə endirməyə yönəltdiyi bir halda Qüdrət Həsənquliyev və onun həmfikirləri kimi qərəzli şəxslərin naraharlıq yaradan sözləri hansı mənanı daşıya bilər?
Azərbaycan Respublikası kimi bir ölkənin Milli Məclisinin deputatının öz xalqına xidmət etmək, onların problemlərini həll etmək əvəzinə öz fikir və gücünü İran kimi güclü bir ölkə əleyhinə narahatlıq yaratmağa sərf etməsi, öz dövlətinin siyasətinin ziddinə hərəkət etməsi düzgündürmü?
Cənab Qüdrət Həsənquliyev, Azərbaycan Respublikası dövləti və xalqının məsləhətinə zidd olan hər hansı hərəkət və açıqlama hər niyyətlə baş versə, öz dövlət və xalqına xəyanət hesab olunur. Ona görə də xeyirxahlıqla sizə və həmfikirlərinizə tövsiyə olunur:
Bilməməzlik, cahillik və öz ölkənizin milli maraqları əleyhinə hərəkətlərinizlə Azərbaycan Respublikası dövlət və xalqının bədxahlarının dəyirmanına su tökməyin. Cəmiyyətinizin dərdinə çarə qılmayan sözlərinizin yerinə ürəyiyananlıqla, öhdənə götürdüyün vəzifəyə əməl etmək hissi ilə öz ölkənizə borcunuzu yerinə yetirməyi düşünün. Öz ölkənizin qonşuları ilə münasibətləri korlamağın düşmənə xidmət etməkdən başqa bir anlamı yoxdur. Ona görə də yaxşı olar ki, öz xalqınızın bədxahı yox, onun təmsilçisi olun!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button