Arxiv

Erməni siyasəti Azərbaycanda

Halhazırda Azərbaycan hakimiyyətində yer alan bir çox yüksək vəzifəli şəxslərin ya həyat yoldaşları, ya da ki, anaları ermənidir.

Son bir neçə gün ərzində cəmiyyətdə geniş müzakirələrə səbəb olan məsələlərdən biri də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin şəhər və rayon icra başçılarına qadın müavinlərin təyin edilməsi haqqında verdiyi göstərişdir.

Belə ki, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev icra başçılarını nəzarətə götürməyə çalışır. Bu barədə verilən məlumatlara görə, icra başçılarının əhəmiyyətli hissəsinin oliqarxların nəzarətinə keçməsini həzm edə bilməyən Ramiz Mehdiyev yeni üsullarla təsir imkanlarını bərpa etmək niyyətindədir.

Məlumatlarda bildirilir ki, bu üsul icra başçılarına yeni müavin təyinatlarıdır. Son günlər xanım kadrların müavin postuna gətirilməsi məhz Ramiz Mehdiyevin ideyası olduğu bildirilir. Məlumatlara görə, təyinatlara da birbaşa Ramiz Mehdiyev nəzarət edir. Yəni, yalnız PA rəhbərinin təklif etdiyi şəxslər müavin postuna təyin edilir.

Təsadüfi deyil ki, axar.az saytı da icra başçıların humanitar məsələlər üzrə müavinlərinin qadın mütəxəssis olması barədə Prezident Administrasiyasından tapşırıq verilməsi barədə məlumat yayıb.
Artıq Binəqədi, Sabunçu və Cəbrayıl rayonlarına xanım müavinlər təyin edilib.

Iddia edilir ki, bu müavinlərin bir vəzifəsi də icra başçılarının fəaliyyətinə nəzarət etmək olacaq. Daha doğrusu, onların fəaliyyəti barədə Prezident Administrasiyasına hesabat verəcəklər. (Mənbə: http://www.azadliq.info)
Yaxın keçmişimizlə maraqlanan və məlumatlı olan hər bir şəxs bilir ki, bir vaxtlar ermənilər ölkəmizdə yuxarıda qeyd edilmiş siyasətə bənzər bir plan həyata keçirmişdilər. Belə ki, ermənilər erməni qadınları Azərbaycanda yüksək vəzifəyə sahib olan və xüsusi vəzifə sahibləri ilə nəyin bahasına olursa olsun onlarla münasibət qurmaq və bu yolla da onları öz nəzarətlərinə götürmək planı həyata keçirmişdir və demək olar ki, ermənilərin həyata keçirdiyi bu plan uğurla tamamlanmışdır. Məhz bu səbəbdən də halhazırda Azərbaycan hakimiyyətində yer alan bir çox yüksək vəzifəli şəxslərin ya həyat yoldaşları, ya da ki, anaları ermənidir. Bugün də icra başçılarını ələ almaq üçün həyata keçirilən bu plan məhz erməni əsilliyindən xəbər verir.

Bugün xalqın, millətin başına açılan oyunlara diqqət etdikdə bu cür düşmənçiliyin və zorakılığın arxasında yalnız erməni zehniyyətinin durduğunu açıq şəkildə görmək mümkündür. Neft ilə zəngin olan dövlətin xalqı, milləti əgər yoxsulluq və səfillik içərisində yaşayırsa buna nə ad vermək olar.

Xalqımızın mərd, namuslu və qeyrətli oğulları bugün min bir bəhanə ilə həbs edilirlərsə bu nə ad qoymaq olar. Erməninin öldürə bilmədiyi Azərbaycan oğlunu əgər bizim hakimiyyət öldürürsə bu nə ad qoymaq olar.Yalnız gərək erməni olasan, xalqına düşmən olasan ki, xalqı bu vəziyyətə salasan.

islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button