ArxivXəbər lentiXəbərlər

Türkiyə, Gürcüstan və Azərbaycan XİN başçılarının üçtərəfli görüşü başa çatdı

Türkiyə xarici işlər naziri Türkiyə, Gürcüstan və Azərbaycan Respublikası xarici işlər nazirlərinin Bakıda tutan üçtərəfli görüşündə deyib: Bütün dünya Myanma cinayətlərinə həssas olmalıdır.

İRİB-in Bakıdakı nümayəndəliyinin Azərbaycan Kütləvi İnformasiya Vasitələrinə istinadla verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu üçtərəfli görüşün sonunda baş tutan mətbuat konfransında Myanmanın kədərli səhnəyə çevrildiyini bildirərək bu sahədə mövqe sərgilədiyinə görə, Azərbaycan Respublikasına təşəkkür edib və deyib: Bütün dünya Myanma məsələsinə həssas olmalıdır. Lakin təəssüflər olsun ki, bunu görmürük.

Bakıdan Banqladeşə səfər edəcəyini bildirən Çavuşoğlu deyib: Azərbaycanlı həmkarımla beynəlxalq səviyyədə bu istiqamətdə hansı işləri görə biləcəyimiz barədə müzakirə apardıq və Arakan probleminin ədalətli həllinə nail olmalıyıq.

Sözlərinin davamında Azərbaycan və gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini dilə gətirən türk nazir əlavə edib: Üç ölkə arasında icra olunmaqda olan müştərək layihələr sadəcə bu üç ölkəyə aid deyil, bütün bölgənin rifahı üçündür.

Çavuşoğlu 2018-ci ildə TANAP layihəsinin istifadəyə verilməsinə toxunaraq deyib: Bu layihə Avropanın enerji təhlükəsizliyi üçün bir hədiyyədir və bu layihənin kənarında Bakı-Tiflis-Qars nəqliyyatı da sona çatmaq üzrədir. Onun sınaq səfərləri də gələcəkdə həyata keçiriləcək. Bu layihə sadəcə bu üç ölkəni birləşdirmir, bütün bölgə üçün faydalıdır.

Türkiyə, Gürcüstan və Azərbaycanın münaqişələrin həlli üçün oxşar metodlarıın olduğunu bildirən türkiyəli nazir əlavə edib: Ərazilərə xəsarətin vurulmaması beynəlxalq qaydaların əsasıdır. Hər üç ölkə bunu dəstəkləyir və münaqişələrin sülh və diplomatik yollarla həll edilməsinin tərəfdarıdır.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da bu mətbuat konfransında Türkiyə, Gürcüstan və Azərbaycanın siyasi məsələlər və beynəlxalq səhnədə oxşar rəylərinin olduğunu bildirərək enerji sektorunda TANAP layihəsinin təkmilləşməsinə toxunub və deyib: Nəqliyyat sektorunda da Bakı-Tiflis-Qars layihəsi icra olunmaqda və yekunlaşmaqdadır. Arxayınıq ki, Türkiyədə dəmiryolunun çəkilməsinin sona çatması ilə yaxın gələcəkdə şərq-qərb dəmiry yolu bir-birinə birləşəcək.

2018-ci ildə üç ölkə dvlət başçılarının iclasının keçiriləcəyini deyən Məmmədyarov əlavə edib: Bu istiqamətdə lazımi təkliflər olunur.

Elmar Məmmədyarov əlavə edib: Myanma hadisələri iş gündəminə alınmalıdır ki, öz həll yolunu tapsın.

Onun sözlərinə görə, neçə illərdir bu insanlar incidilirlər. Bu məsələni həmişə izləmək və problemin həll yolunu tapmalıyıq.

Bu iclasın sonunda üç xarici işlər naziri tərəfindən müştərək bəyannaməsi imzalanıb.

Bu bəyannamənin bir hissəsində xarici işlər nazirləri üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə etdilər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliklərini, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi, regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və beynəlxalq hüququn qeyd edilmiş prinsipləri əsasında siyasi həll tələb etdiyini, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT və ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyünü vurğuladılar.

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması üçün öz dövlətlərinin niyyətlərini vurğuladılar, iqtisadi və ticari əməkdaşlığın irəlilədilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar; və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman sahəsində əməkdaşlığı daha da gücləndirmək qərarına gəldilər.

Üç ölkənin xarici işlər nazirlərinin növbəti iclasının gələn il Türkiyədə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bu görüş Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü çərçivəsində baş tutub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button