ArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərXəbər lentiXəbərlər

Bu məsələ bütün ilahi hökmlərdən yüksəkdə dayanır

 İslam İnqilabının Rəhbəri İran xalqını, dünya müsəlmanlarını və İbrahimi dinlərin davamçılarını Mübarək Qurban bayramı münasibətilə təbrik edərək zilhiccənin birinci ongünlüyünün əzəmətli və yönləndirici xatirələr ongünlüyü olmaqla yanaşı, təvəssül və yalvarış ongünlüyü də olduğunu deyib: “Bu bərəkətli ayın ikinci ongünlüyü Mübarək Qədir bayramına görə vilayət ongünlüyü hesab edilir. Bu məsələ bütün ilahi hökmlərdən yüksəkdə dayanır, çünki vilayət Allahın bütün hökmlərinin icra zəmanətidir”.

“Zilhiccənin üçüncü ongünlüyü də mübahilə kimi əlamətdar günlər münasibətilə mühüm bir ongünlükdür. Xalqın birinci ongünlüyü bərəkətlə başa vurduğu kimi, sonrakı iki ongünlüyü də Allahın razılığı və xalqın xoşbəxtliyinə səbəb olacaq şəkildə başa vuracağına ümidvarıq”, – deyə Ayətullah Xamenei əlavə edib.

Ayətullah Xamenei xalqla görüşlərin məmnun qaldığı və sevdiyi işlərdən olduğunu deyib: “Kiçik, ancaq çox təhlükəli olan karonavirus bu sevinci əlimizdən alıb”.

Sonra o bildirib: “Bu görüş səhiyyə işçiləri və mömincəsinə yardım qruplarının nümayəndələri ilə virtual şəkildə keçirilməli idi. Lakin Korona ilə Milli Mübarizə Qərargahı on nəfərdən artıq adamın bir yerdə toplaşmasını qadağan etdiyi üçün, təəssüflər olsun ki, bu virtual görüş də mümkün olmadı”.

İnqilabın Rəhbəri pandemiya dövründə əhalinin əksər hissəsinin iqtisadi cəhətdən zərər gösməsinə işarə edərək deyib: “Bu müddətdə bir qrup insan ciddi xəsarətlər və problemlərlə qarşılaşıb. Xalqa mömincəsinə yardım hərəkatını daha da genişləndirərək bu təbəqələrin köməyinə tələsmək lazımdır”.

Ayətullah Xamenei Quran ayələrinə istinad edərək xalqı bu mənəvi müsabiqədə daha fəal və yüksək əhval ruhiyyə ilə iştirak etməyə çağırıb: “Xeyir işdə qabağa düşmək Allah-taalanın Quranda təkidlə və təkrar-təkrar qeyd etdiyi göstərişlərdəndir, başqalarının da yaxşı işlərə həvəs və meyl göstərməsinə səbəb olur”.

İnqilabın Rəhbəri bu cür işlərin sözün əsl mənasında inqilabçı işlər olduğunu bildirib: “Məhərrəm ayında yeməkləri gigiyena qaydalarına tam riayət etməklə mömincəsinə yardım şəklində ailələrə çatdırmaq olar”.

Ayətullah Xamenei korona virusun öyrənilməsi, onunla mübarizə və müalicəsinin tapılması istiqamətində ölkədə aparılan ciddi elmi işlərə işarə edərək  “Bu cür səylər bütün yönlərdən artırılmalıdır”, – deyə qeyd edib.

O, məhərrəm ayının mərasimlərinə də toxunaraq deyib: “İmam Hüseyn matəminin bütün iştirakçıları, heyətlər və məddahlar Korona ilə Milli Mübarizə Qərargahının bütün göstərişlərinə əməl etməlidirlər. Çünki məsələ çox ciddidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button