ArxivIslamXəbər lentiXəbərlər

Bu gün Mübahilə günüdür

 Zilhiccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilə günüdür.
Peyğəmbər (s) “Nəcran” xristianları ilə uzun mübahisədən sonra, hər 2 tərəf öz əqidəsinin haqq olduğunu iddia edir və digərini qəbul etmədilər. Sonda bir-birilərini qarğış və nifrin etmək qərarına gəldilər.
Sabahısı günü “Nəcran” xristianlarının rəhbəri qarğışa gedəcək nümayəndələrinə dedi: “Əgər görsəniz Muhəmməd öz qoşunu və əsgərləri ilə birlikdə gəlir, deməli bilin ki, o sözlərində sadiq deyil. Yox əgər öz ailəsi ilə gəldiyini görsəniz deməli öz əqidəsinə tam əmindir və təhlükəsiz olacağını bilir. “Peyğəmbər Allah tərəfindən Ali-İmran surəsi 61-ci ayədə nazil olduğu kimi “Gəlin biz də oğlanlarımızı çağıraq, siz də oğlanlarınızı” Hüseyni qucağında Həsənin isə əlindən tutaraq gəlirdi. Ayənin davamında bildirilən “biz də qadınlarımızı çağıraq, siz də qadınlarınızı” hissəyə əsasən qızı Fatiməni (s) öz arxasıyca gətirirdi. Və ayənin sonuncu hissəsində olan “biz də özümüzü, siz də özünüzü çağıraq”-a əsasən Əlini (ə) qarşısında olduğu halda bu dəvətə gətirdi. Bunu görən xristian tərəfin rəhbəri dedi: “Mən elə bir simalar görürəm ki, əllərini qaldırıb dua etsələr dağları yerindən çıxardarlar. Bunlar dua etsələr yer üzündə bir xristian belə qalmaz.”
Bu səbəbdən “mübahilə”-dən (“lənətləməkdən” boyun qaçırtdılar. Ayədən göründüyü kimi, Allah Əlini (ə) Peyğəmbərin özü kimi qələmə verir. Bu da Peyğəmbərdə olan bütün fəzilətlərin o həzrətə də şamil olmasının isbatıdır.
Bu hadisə İslamın haqq din olduğunu, Peyğəmbərin(s) haqq peyğəmbər olduğunu bir daha təsdiqlədi və məsihilər də, bunu etiraf etdilər. Peyğəmbərin(s) Əhli-Beyti(ə) Əli(ə) Fatimə(s.ə), Həsən(ə) və Huseyndən(ə) ibarətdir. Və ayədəki “qadınlarımız” ifadəsi onu göstərir ki, Peyğəmbər(s) Əhli-Beytinə(ə) daxil olan yeganə qadın Hz.Fatimədir(s.ə). Digər cəhətdən “özlərimiz” ifadəsinin işlənməsi və Peyğəmbərin(s) özü ilə Hz.Əlini(ə) gətirməsi bu iki şəxsin bir can kimi olduğunu göstərir. Ayədəki “oğullarımız” ifadəsi isə İmam Həsənlə(ə) İmam Hüseynin(ə) Peyğəmbərin(s) balaları, nəslinin davamçıları olduğuna işarə edir. “Mübahilə” günü, müsəlmanlar haqqın batil üzərində növbəti qələbəsini qeyd edirlər.
Mübahilə günün bir neçə xas əməlləri də var. Bunlar aşağıdakılardır:
1. Qüsl
2. Oruc
3. Zöhr namazınadək 2 rükət namaz qılmaq müstəhəb əməldir. Bu zaman, birinci rükətdə “Həmd” surəsindən sonra “Qədr”, ikinci rükətdə isə, “İxlas” surəsini demək lazımdır. Bu namazı günorta azanına yaxın vaxtda qılmaq müstəhəb hesab olunur. Namazda sonra səcdəyə gedərək Allaha 100 dəfə şükr etmək lazımdır.
4. Dua kitablarında qeyd olunan “Mübahilə” duasını oxumaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button