ArxivXəbər lentiXəbərlər

İŞİD-ə qoşulan azərbaycanlı ailə öldürüldü: 2 qadın, 6 uşaq…

Hansı ölkəyə məxsus olduğu açıqlanmayan bombardmançıların Suriyanın Deyr əz-Zor əyalətində İŞİD mövqelərinə endirdiyi zərbələr zamanı Azərbaycandan olan ailə uşaqlarla birlikdə həlak olub.

Bu barədə Londonda mənzillənmiş insan haqları üzrə Suriya müşahidə qrupu – “Syrian Observatory for Human Rights” məlumat yayıb.

Məlumata əsasən Rusiyaya, yaxud beynəlxalq koalisiyaya məxsus olduğu ehtimal edilən bombardmançılar oktyabrın 15-də Deyr əz-Zor əyalətinin əl-Mayadin qəsəbəsindəki hədəflərə zərbələr endiriblər.

Bu zərbələr nəticəsində Azərbaycandan olan 2 qadın və 6 uşaq həlak olub. Qadınların ərlərinin İŞİD sıralarında döyüşdüyü bildirilir.

Azərbaycandan olan ailələrin əl-Mayadin qəsəbəsinin mərkəzində yerləşən binalardan birinə endirilən zərbə nəticəsində öldürüldüyü məlum olub.

Həmin qəsəbə İŞİD-in nəzarəti altındadır. Lakin aviazərbələri ABŞ-ın başçılıq etdiyi koalisiyanın, yoxsa Rusiya aviasiyasının endirdiyi məlum deyil.

Məlum olduğu kimi, Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin bir çoxu öz ailələrini, o cümlədən azyaşlı uşaqlarını da özləri ilə aparırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button