Şəxsiyyətlər

Böyük ustad Ayətullah Seyid Həsən Amilinin bioqrafiyasına qısa baxış “Foto”

Ustadın qısa bioqrafiyası

 

Böyük ustad Ayətullah Seyid Həsən Amili hicri-şəmsi 1341-ci ildə (miladi 1963) xordad ayının 15-də Ərdəbilin qədim Məhəmmədiyyə məhəlləsində, məntəqənin Cəbəl Amil seyidlərindən olan hörmətli ailələrindən birində dünyaya göz açıb. Bu ailə səfəviyyə hökuməti dövründə məhkəmə işlərində öhdəçilik üçün Livandan İrana mühacirət edib. Onlar yaşayış üçün Ərdəbil ətrafında yerləşən Kəlxuran məntəqəsini seçiblər. Həmin məntəqədə ariflər yaşayırmış. Səfəvi xanədanının müəssisinin qəbri də oradadır. Bu məntəqədə doğulan körpənin adını Seyid Həsən qoyublar.

Cəfər Mühacirinin “Əl-hicrə əl-amiliyyə fi dovrəti əs-səfəviyyə” kitabında bir neçə əsr boyu bu məntəqəyə mühacirət edənlər haqqında yazılıb. Ötən dövrdə bu məntəqədə həmin ailədən böyük müctəhidlər çıxıb. Seyid Hüseyn müctəhid kimi böyük bir şəxsiyyət məntəqənin mütləq rəyasətinə sahib olub. Son əsrlərdə Ayətullah Mir Saleh Müctəhid Məbrur, Ayətullah Seyid Muhyiddin Yunisi, Ayətullah Seyid Həbibullah Musəvi Əthari, Əl-elmül höccət Seyid Məhəmmədtəqi Ənvari, Ayətullah Seyid Yunis Yunisi kimi şəxsiyyətlər cəmiyyətin idarəçiliyi və hidayətində mühüm məsuliyyətlər daşıyıblar. Onlardan bəziləri təqlid mərcəsi olub. Mərhum Ayətullah-üzma Mərəşi Nəcəfi Kəlxuran seyidlərinin əsil-nəsəbi haqqında buyurur: “Onlar əsil-nəsəb baxımından Azərbaycanın əsil seyidləridir.”

Onun atası Ərdəbil bazarında ticarətlə məşğul olmuş, xeyriyyəçilik etmişdir. Xalq onu hörmətlə yada salır. Anası da Cəbəl Amil seyidlərindəndir. Xalq bu mömin xanımı təqva və zöhdü ilə yada salır.

Seyid Həsən uşaqlıq dövrünü başa vurduqdan sonra dindar ailənin ənənələrinə uyğun olaraq Cəfəriye-İslami mədrəsəsinə gedir. İpdidai təhsilini bu mədrəsədə alır, sonra sənət məktəbinə gedir. Gənclik dövründə məşhur xətiblərin moizələrində, təfsir dərslərində iştirak edir. Onun gənclik dövrü İran xalqının əzəmətli hərəkatı, İmam Xomeyninin inqilabına təsadüf edir. Seyid Həsən öncül mübarizlərdən, inqilabçı gənclərdən olur.

Əcdadlarının yolunu gedərək ruhani olmaq düşüncəsi iqilabın qələbəsindən sonra onun Quma gəlişi ilə nəticələnir. Ərdəbildə bir müddət təhsildən sonra 1360-cı ildə Qum Elm Hövzəsinə daxil olur. Gənclərin marağı baxımından 1360-cı il Qum hövzəsinin ən rövnəqli ili sayıla bilər. Ərdəbil ustanının xibrə məclisində nümayəndəsi mərhum Ayətullah Şeyx Mustafa Nurani Ərdəbilinin köməyi ilə Seyid Həsən mərhum Ayətullah-üzma Bəhaiddininin dəftərxanası yaxınlığında möminiyyə mədrəsəsində hücrə alır. O bu böyük alimin moizə və əxlaq dərslərindən faydalanır.

67-ci il mərhum Müdərris Əfqaninin Qum hövzəsində dil-ədəbiyyat sahəsində tədrisinin böyük istiqbal ilidir. Şübhəsiz ki, ərəb dili hövzə dərsləri üçün zəruri ehtiyaclardandır. Seyid Həsən üçün Mirzə Əli Əkbər mədrəsəsində məalimdən aldığı dərslər bir qənimət oldu. Amma hövzənin də rəsmi nizamından fərqləndiyi üçün bir müddət çətinlik çəkdi və problemlərlə üzləşdi.

Ustad Şərhi-lüməteyni mərhum İştihardi, Rasti Kaşani, Üsuli-fiqhi ustad Salehinin hüzurunda oxudu. Səth hissəsini Ayətullah Payani, Ayətullah Etimadi və Ayətullah Müdərrisidən kəsb etdi. Fiqh xaric dəsrlərini Ayətullah Məkarim Şirazi, Üsul xaric dərslərini Ayətullah Cəfər Sübhaninin hüzurunda təhsilə başladı. Bir müddət də mərhum Ayətullah Fazil Lənkəraninin fiqh xaric dərslərindən bəhrələndi. 8 il Ayətullah Vəhid Xorasani, Ayətullah Şeyx Cəvad Təbrizinin dərslərində oldu. Eyni zamanda Ayətullah Cəvadi Amolinin təfsir dərslərindən bəhrələndi. Mərhum İştihardi, Məzahiri, Əhmədi Miyanəci, Pəhləvaninin bərəkətli əxlaq dərslərinə qatıldı.

Hövzə dərsləri ilə yanaşı universitet dərslərindən də qalmadı. Fiqh və İslam hüququ ixtisası üzrə magistr dərəcəsi aldı. Tehran universitetinin ölkə üzrə birinci diplomuna layiq görüldü. “Əqd və şərtin qarşılıqlı təsiri” mövzusunda doktorluq işini müdafiə edib doktorluq dərəcəsinə çatdı. Bu işi Əbülqasim Qorci, Ayətullah Seyid Məhəmməd Musəvi Bocnurdi, doktor Əliriza Feyzin rəhbərliyi altında başa vurdu.

Seyid Həsən 1360-cı ildə müqəddəs müdafiə dövründə Qum Elm Hövzəsinə daxil oldu. Bir il müddətində cəbhədə iştirak etdi, döyüşçülərə əxlaq dərsi tədris etdi. Onun tələbələrinin adı şəhidlər sırasında iftixarla yad edilir.

Tələbəlik dövründə Allahın verdiyi xətiblik istedadı sayəsində təhsillə yanaşı təbliğlə məşğul oldu. Siyasi yetkinlik, ictimai cərəyanlara dərindən baxış, Kəlxuran seyidlərinin nəfəsi sayəsində təbliğ imkanları geniş oldu. Otuz ilə yaxın Ərdəbilin qədim məscidində böyük izdiham, xüsusilə gənc nəsil qarşısında çıxışları davam edir.

Ərdəbildən əlavə onun Təbrizdə, Ərdəbil ustanı və Şərqi Azərbaycanın başqa şəhərlərində, bəzən isə uzaq Çəharməhali-Bəxtiyari məntəqəsində xütbələri olur. Əlbəttə ki, Ərdəbildə imam-cümə məsuliyyətini qəbul etdikdən sonra belə imkanlar azalıb.

Onun audio və vidio çıxışları Qafqazın müxtəlif məntəqələrində, xüsusilə Azərbaycan Respublikası, Gürcüstan və Dağıstanda yayılıb. Həmin məntəqələrdə dinə qoyulmuş məhdudiyyətlər bu xütbələrin dinlənməsinə mane ola bilmir. Sərhəd məntəqələrdə cümə namazı xütbələri, o cümlədən dini mərasimlər, qədr gecələrindəki söhbətlər bir başa izlənilir. Bu verlişlər Ərdəbil radio-televiziya şirkəti vasitəsilə yayımlanır. Ərdəbilin cümə namazlarında Azərbaycan Respublikasından gələn qonaqlar da iştirak edir.

Dərs, bəhs, tədirs sahəsində imkanlar hər bir elm əhli üçün arzulanan nemətdir. Seyid Həsən 67-ci ildə müdiriyyət şurasına rəsmi dəvət aldı. Bir neçə il sonra Beynəlxalq İslam Elmləri mərkəzinin mədrəsəsində dini mətnlər, məntiq, fiqh, üsul, əxlaq tədrisinə məşğul oldu. Son dövürdə ustad elmi heyətə üzv seçilmişdir. Həmin mərkəzin əxlaq qrupunun müdiriyyəti də onun məsuliyyətlərindəndir. Ustadın ümumi və klassik əxlaqın tədrisində fəaliyyətləri genişdir. Beynəlxalq İslam Elmləri mərkəzi, iranlı tələbələrin mədrəsəsi, eləcə də xüsusi təbliğ mərkəzi ilə həmkarlıqlar davam edir. Qum Elmi Hövzəsində həmkarlıq zəminində hövzə üçün dil-ədəbiyyat dərsliyi hazırlamaq bu fəaliyyətlər dairəsindədir. Müxtəlif səthlərdə 14 il davam edən tədris ustadın Qum Elm Hövzəsində müvəffəqiyyətlərindəndir.

Cümə namazına imamət

Ərdəbilin mərhum imam-cüməsi Ayətullah Mürəvvic dünyasını dəyişdikdən sonra məntəqədə rəhbərin nümayəndəsi olan bu böyük şəxsiyyəti kimin əvəz edəcəyi mühüm idi. Mərhum Ayətullah Mürəvvic səciyyəvi mənəviyyatı, böyük əxlaqı ilə cəmiyyətin müxtəlif təbəqələri arasında böyük hörmət qazanmışdı. Bu postu bir müddət Qum Elm Hövzəsinin alimlərindən biri tutdu. Xalq Ayətullah Musəvi Ərdəbili, Ayətullah Mişkini kimi böyük şəxsiyyətlərdən gözləyirdi ki, bu məsuliyyətli məqama layiqli bir insan təyin ediləcək. Beləcə, höccətül-islam vəl müslimin hacı seyid Həsən Amuli həmin məqama təklif olundu. Amma Seyid Həsən müəyyən səbəblərdən bu məsuliyyətin başqa birinə verilməsini xahiş etdi. Onun əsas üzrü təhsil və tədrislə, araşdırma və təbliğlə məşqul olması idi. O bu işləri icra işlərindən üstün tuturdu. Həmişə belə bir seçim qarşısında qalanda ustadı mərhum Ayətullah Miyanəcinin tövsiyələrinə əsaslanırdı. Mərhum Ayətullah Miyanəci demişdi: “Hər kəs ictimai müdiriyyət mənasında rəyasət sorağınca getsə, bu addım bir həvəsdir. Amma əgər zəruri bir məqamda rəyasət özü insanın sorağına gəlsə, insanın bu məsuliyyətin qəbulundan imtina etməsi də həvəsdir.”

Seyid Həsən ustanda nümayəndəlik və imam-cümə məsuliyyətini qəbul etməsi ilə bağlı deyir: “Əziz rəhbərin dəftərxanasının rəisi cənab Gülpayeqani Quma gəldiyi vaxt onunla görüşüb ərz etdim ki, mənim bu məsuliyyətin qəbulunda üzürlü olduğumu cənab rəhbərin nəzərinə çatdırsın. Cənab Gülpayeqani xahişimi nəzərə alaraq birbaşa rəhbərlə görüş şəraiti yaratdı. Cənab rəhbərlə görüşdə ərz etdim ki, bu məntəqəyə təcrübəli bir alimin təyinatı daha münasib olardı. Axı mən həmin vaxta qədər müdiriyyət, siyasi işlərin məsulu olmamışdım. Amma cənab rəhbər Ayətullah Ərdəbili və Ayətullah Mişkininin mənim haqqımda məktubunu xatırladaraq bu məsuliyyəti qəbul etməyimi zəruri saydı. Nəhayət, bu ağır vəzifəni qəbul etdim.”

Beləcə Seyid Həsən öz təhsilinin fəal dönəmində “Səth” pilləsini saxlayaraq müqəddəs Qum şəhərini tərk etdi, vəzifəsinin icrası üçün Ərdəbilə yola düşdü. Artıq ustad 7 ilə yaxındır ki, vəliyyi-fəqihin ustanda nümayəndəsi olaraq imam-cümə vəzifəsini yerinə yetirir.

Xibrəqan

Mərhum Ayətullah Mürəvvic imam-cümə olmaqla yanaşı xibrə məclisində nümayəndə idi. Bu səbəbdən də Ayətullah Mürəvvic dünyasını dəyişdikdən sonra onun yerinə ləyaqətli bir şəxs seçilməli idi. Bu barədə axtarışlar zamanı diqqət birbaşa höccətül-islam vəl müslimin Seyid Həsən Amuliyə yönəldi. Birinci dəfə bu təklifdən boyun qaçıran ustad növbəti dəfə təkidlə tələblərdən sonra bu işə razılıq verdi. Bu dəfə seçkidə rəqib olmadığından Seyid Həsən növbəti seçkilərə getdi və üçüncü dəfə xibrə məclisinə seçildi. Dördüncü seçkilərdə Ərdəbil ustanından 4 nəfəri namizədliyi qeydə alınmışdı. Xibrə məclisinə seçilmək üçün namizədin ictihad dərəcəsində olması da şərtdir. Nəzarət şurası bu məqsədlə ustaddan yazılı və şifahi imtahan götürərək onun səlahiyyətini təsdiqlədi. Seyid Həsən 600 min seçicidən 500 min səs toplayaraq Ərdəbil ustanının xibrə məclisində nümayəndəsi seçildi.

Xidmətlər

Seyid Həsən vəliyyi-fəqihin ustanda nümayəndəsi, Ərdəbilin imam-cüməsi olaraq bu regionun müxtəlif zümrələri, o cümlədən ruhaniləri ilə dərin tanışlığa malik idi. O regionda mövcud olan problemlərin aradan qalıdırması üçün ciddi fəaliyyətlərə başladı. İlk öncə ustanın elm hövzəsinin əsasları möhkəmləndirildi. Hövzə “Mədinətul-elm” adı altında inkişaf etdirildi, orada 36 yaşayış vahidi və kitabxana hazırlandı. Elmi hövzə üçün xüsusi qonaq otağı tikildi. Mərkəzdə hövzənin böyük ustadlarının yerləşdirilməsi  üçün lazımi tədbirlər görüldü. Bu işlər sırasında bəzilərini xatırlayaq:

-Ərdəbil xanımlar elm hövzəsinin təsisi.

-Xalxal xanımlar elm hövzəsinin təsisi.

-İslam təbliğatçıları elm hövzəsinin təsisi.

-Yardım müəssisəsinin təsisi;

Bu müəssisə məntəqədə xeyriyyə işlərində müstəsna rol oynayır. Geniş xalq kütlələri onun bərəkətli xidmətlərinə şahiddirlər. Məhrum ailələrə qaz və su xətlərini çəkilməsi, standart qaz qurğuları ilə təchizat, ailə quranları cehizlə təmini, evsiz insanlara məskən verilməsi müəssisənin əsas fəaliyyət istiqamətlərindəndir.

Salehiyyə elm mədrəsəsi qədim üslub qorunmaqla təmir edilmişdir. Təhsil prosesinə dəyərli ustadlar cəlb olunmuş, tələbələrin maddi ehtiyacları imkan həddində təmin edilmişdir. Ustanda dini təhsil alan tələbələr onuncu pilləyədək yüksələ bilirlər. Ümid olunur ki, gələcəkdə Ərdəbil elm hövzəsinin səviyyəsi daha da yüksəldilsin.

Ustanda ardıcıl və təsirli təlim-tərbiyə layihələri həyata keçirilir. Xüsusilə inqilab öncülləri, müqəddəs müdafiə mücahidləri ilə, mədəniyyət işçiləri ilə münasibətlər qurulur. İncəsənət gənclərin tərbiyəsində mühüm rol oynayır. Bütün bu layihələr xüsusilə gənclər arasında etiqadın gücləndirilməsində müsbət rol oynayır. Ustadın bir ruhani olaraq sadə həyat tərzi, tələbəlik ənənlərini qoruması, o cümlədən təsirli moizə və xütbələri gənc nəslin tərbiyəsində əsas amillərdəndir. Bu layihələrin həyata keçirilməsi vəliyyi-fəqihin ustandakı nümayəndəsinin öhdəsindədir. Belə ki, şəmsi 1387-ci ildə Ərdəbil ustanının göstəriciləri ölkə miqyasında bəyənilmiş və təqdir olunmuşdur.

Vəliyyi-fəqihin Ərdəbil ustanındakı nümayəndəsi cəmiyyətdə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində zəruri addımlar atır, xalqın və ruhanilərin isarçılığından bəhrələnir. Amma bütün bu layihələrin həyata keçirilməsi və bu prosesə nəzarət böyük vaxt tələb edir və nəticədə ruhaninin əsas vəzifələrindən olan elmi araşdırmalara vaxt qalmır. Bununla belə Seyid Həsən elmi fəaliyyətini dayandırmır, yaradıcılıq işini davam etdirir. Misal olaraq ustadın “Hədis və Quranda vəzinlərin sirri” kitabını göstərmək olar. Bu kitab Qum Elm Hövzəsinin istəyi ilə dərslik ünvanında yazılmışdır. “Əqd və şərtin qarşılıqlı təsiri”, “Əcza” mövzusunda araşdırma işi, onlarla elmi və əxlaqi araşdırma təkcə Ərdəbil yox, bütün ölkə miqyasında çap edilib yayılmaqdadır.

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

b2hypsj26aw4ks91muerIMAGE6348347004553125005sd370uo548rite0wk8f7lhfk2mg50qw41aei58113609591422a84aa__80314125-3144468sixAZW_535n00008744-battach20130910249189708362getImage

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button