AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi general-leytenant Qasim Süleymaninin terror edilməsini beynəlxalq qanunlara zidd adlandırıb

BMT-nin insan haqları, məhkəməsiz və özbaşına edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamard SEPAH-ın Qüds Qüvvələrinin sabiq komandanı general Qasim Süleymaniyə qarşı terror aktını beynəlxalq qanunların və BMT-nin Nizamnaməsinin pozulması adlandırıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard yeni məruzəsində terror və məqsədyönlü qətllər üçün hərbi dronlar üzərində dayanraq bildirib ki, ABŞ general Qasim Süleymaninin amerikalı vətəndaşlar üçün təcili təhlükə olması və Bağdadda onu aparan konvoya qarşı terror əməliyyatı həyata keçirməsinin qanuni olduğunu sübut edə biləcək bir fakt təqdim edə bilmədi.

BBC-nin yazdığına görə, xanım Kallamard öz məruzəsində vurğulayıb ki, general Süleymaniyə qarşı məqsədyönlü terror akti BMT-nin Nizamnaməsini pozmaq sayılır.

O, silahlı pilotsuz təyyarələrlə hədəflənən hücumların araşdırılmasını və bu silahlar üçün hərtərəfli yeni beynəlxalq qaydaların tətbiq edilməsini istəyib.

BMT rəsmisi 9 yanvarda təqdim edilməsi və araşdırılması planlaşdırılan yeni hesabatında deyib: “Böyük general Qasim Süleymani İranın İraq və Suriyada strategiyası və əməliyyatının rəhbəri idi, lakin onun tərəfindən kiminsə həyatına qarşı təcili təhdidin olmaması, Amerikanın hərəkətinin qeyri-qanuni sayılmasına səbəb olur.”

  1. Kallamard öz məruzəsində Qasim Süleymaniyə qarşı planlı sui-qəsd mövzusuna geniş toxunsa da, onun əsas məqsədi hərbi PUA-ların BMT-nin Nizamnaməsi və müharibə qaydalarından qıraq əməliyyatlar həyata keçirməsinin təhlükəsini göstərmək olmuşdur.

Xanım Kallamard 9 yanvarda terror və qətl hadisələrində dronlardan istifadə etmək barədə BMT-nin İnsan Haqları Şurasına hesabat təqdim edəcək və şura üzvlərini bu müasir silahlar əleyhinə yeni qanunlar qəbul etməyə rəğbətləndirəcək. Lakin Amerika bu şuranın üzvü deil və 9 yanvar iclasında iştirak etməyəcək. Bu ölkə iki il bundan əvvəl BMT-nin İnsan Haqları Şurasını sərt tənqid edərək şuraya üzvlükdən çıxmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button