AktualAktual

Biz kimlərinsə qurbanına çevrilməyək!

Son günlər biri-birini güllələyən, bıçaqlayan indi də, bir qrup insanlar dünyanın sonunun gəldiyi barədə məlumatlar yayıblar. Buda 2012-ci il dekabrın iyirmi biri üçün yaydıqları xəbər kimi insanları təşvişə salıb.

Ötən il şamlarını, peçennilərini, müəyyən praduktlarını satan sahibkarlar görəsən bu il hansı satılmayan mallarının bəxtini açacaqlar? hər kəs özünü bilici kimi göstərməyə çalışır maşallah. Əslində əsas məsələ bu deyil. Nədən bu insanlar bu qədər azğınlaşıb? Bir evdə yaşayan bir tikə çörəyini bölüb qardaşına verən qardaş, məktəbdə biri onu incidəndə qaçıb ona tərəf çıxan qardaş, bu gün məzhəb üstündə qardaşına güllə atır. Bir vaxtlar yıxılanda canı acıyan qardaş bu gün qardaşının heç düşünmədən canını alır. Bizim Qarabağ kimi böyük dərdimiz ola- ola bu insanlar nəfslərinə qul olaraq yollarını azmaqda davam edirlər. Hz. Peyğəmbər (s.a.s) Meracdan qayıdanda çox kədərlənmişdi tarixdə qeyd olunur ki, səhabələrdən biri yaxınlaşdı ki, ya Rasuləllah nədən belə qəmlisiz? Həzrət buyurdu: Ümmətimin halına ağlayıram. Doğrudan da, Rəsuləllah sağ olsaydı bu ümmətindən üz döndərərdi. Bıçaq yaxşı şeylər üçün hazırlandığı halda, ondan çörək kəsməyə, zəruri olan şeylərə istifadə olunduğu halda, insan doğramağa istifadə olunur. Silah müdafiə xarakteri daşıdığı halda canlar alir. O canları ki, onu almağa kimsənin ixtiyarı yoxdur… Bu qədərmi rəzalətə layiqdir insan. Halbu ki, ən əzəmətli kamil yaradılmış varlıq da, məs insandır. Bu qədər can almağa qan tökməyə qadir yırtıcı heyvandan betər olan insanları tərbiyyə edib qan tökməkdən insan doğramaqdan çəkindirmək üçün peyğəmbərlər gəldi. Amma bu insanlar görün nə vəziyyətdədirlər, bir şey maraqlıdır bu qədər peyğəmbərlər gəlməsəydi,bunları marıfləndirməsəydi bəlkə də, indi insan insan əti yeyirdi. Hərçənd ki, başqa cür yeyirlər. Şərt elə bişirib yemək deyil ki, Özünüzü yırtıcı heyvanlardan qorumaq məncə bir o qədər vacib deyil, Özünüzü insanlardan qoruyun. Bir insandan yaxşılıq gördüyümüz halda eyni zamanda da, pislik gözləyək ki, bir gün də, biz kimlərinsə qurbanına çevrilməyək…

 

Gülnarə İsrafilqızı

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button