ArxivIslamXəbər lentiXəbərlər

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” – Hadrutun yeni erməni meri…

Biz isə qəti əminik ki, lazım gəlsə, ermənilər “prezident seçkiləri” keçirə bilməyəcək…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni “seçilmiş” faktiki meri Vaan Savadyan arxayınca qəsəbənin problemlərinin həlli üçün görəcəyi işlərdən danışıb.

separatçı nəşrlərin yaydığı məlumata görə, Azərbaycan qəsəbəsinin erməni meri keçmiş rəhbərliyin qanunsuz işlərindən şikayətlənib, lakin “demokratiya şəraitində keçmiş bələdiyyə seçkiləri”ndən razı qaldığını bildirib. V.Savadyan deyib ki, Ermənistandakı dəyişikliklərdən sonra artıq ayılmış Qarabağ erməniləri “demokratiya yolundan geri çəkilməyəcək”.

“Biz 2020-ci il də də demokratik prezident seçkiləri keçirəcəyik”- deyə Hadrut meri vurğulayıb.

P.S. Biz isə qəti əminik ki, lazım gəlsə, separatçı ermənilər Qarabağda qanunsuz “prezident seçkiləri” keçirə bilməyəcək…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button