IslamXəbərlər

İƏT sionistlərin təcavüzünü pisləyib

İslam Əməkdaşlıq Təşkilatı bir bəyanatda Sionist rejim qüvvələrin Beytül-Müqəddəs , Məscidül-Əqsa və fələstinli namaz qılanların əleyhinə ardıcıl hücumlarını kəskin tərzdə pisləyib.

İslam Əməkdaşlıq Təşkilatının baş katib Əkmələddin Ehsanoğlunun tərəfindən yayılan bəyanatda qeyd olunub: Sionistlərin Məscidül-Əqsa və fələstinli namaz qılanları ardıcı şəkildə hücuma məruz etmələri yolverilməzdir və kəskin tərzdə pislənilər. Çünki onların belə bir qeyri-insanı rəftarları müsəlmanların narahatlığına səbəb olur. Buna görə də , belə bir rəftarların təkrar baş verməməsi üçün onun qarşısının alınması lazımdır.
Sözügedən təşkilat Məscidül-Əqsaya qarşı törədilən təcavüzlərdə İsrail rejiminin məsuliyyət daşıdığını qeyd edərək , islam ümmətindən istəyib ki, müqəddəs ərazi də baş verən hadisələr və olaylara laqeyd yanaşmasınlar.
Bu təşkilat eləcədə UNESCO , təhlükəsizlik şurası və bu təşkilata üzv ölkələrdən istəyib ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı üzərlərinə düşən öhdəliklər və məsuliyyətləri yerinə yetirməklə Sionist rejimin müsəlmanlara aid məkanlara təcavüz xarakterli addımlarını dayandırmağa məcbur edəbilərlər.
Ehsanoğlu xatırladıb: İslam Əməkdaşlıq Təşkilatı sionistlərin Məscidül-Əqsaya qarşı törətdiyi təcavüzlərini gələn həftə Nyu-Yorda başlayacaq BMT-nin illik iclaslarında irəli sürəcək.
Bu əsnada fələstinli təşkilatları da xəbərdarlıq ediblər ki, işğalçı sionist rejim Məscidül-Əqsanı istila altına almaqla bağlı nəzərdə tutduğu son planlarını həyata keçirməkdədir. Əslində bu , sionistlərin nəhs planlarının son mərhələsidir. Onlar ötən 20 ildə Fələstin xalqına qarşı qurduqları planları xüsusilə də saziş müzakirələri adı altında olan müxtəlif məkirli planlarının məhsulunu biçmək istəyirlər.
Bütün faktlar və sənədlər onu deməyə əsas verir ki, son bir neçə həftə ərzində sionistlərin fələstinlilərə o cümlədən, Beytül-Müqəddəsə qarşı törətdikləri təcavüzləri daha da geniş vüsət alıb.
Belə bir vəziyyətdə , fələstinlilər xüsusilə də dünya xalqları beynəlxalq təşkilat və qurumlardan istəyirlər ki, Fələstinin işğal olunmuş ərazilərində o cümlədən, Beytül-Müqəddəsdə Sionist rejim tərəfindən aparılan təxribat xarakterli hərəkətlərin qarşısının alınmasında əsaslı və müvafiq addım atsınlar.
Sionist rejim tərəfindən Fələstinin işğal edildiyi gündən müqəddəs məkanlar daima bu qeyri-legitim rejimin təxribat xarakterli və rəhmsiz hücumlarına məruz edilibdir . Belə ki, islami etiqad və inanclar ardıcıl olaraq sionistlərin hörmətsizliyinə məruz qalıb.
Ümumilikdə Sionist rejimin belə bir hərəkətləri və rəftarları göstərir ki, bu rejim ilahi dinlər və Allah bəndələrinin ibadətinin azadlığına qarşı mübarizə aparır.
Belə bir vəziyyətdə Fələstin xalqı və islam ictimaiyyəti eləcədə azad düşüncəli insanlar beynəlxalq təşkilatlar o cümlədən, BMT və İslam Əməkdaşlıq Təşkilatının Sionist rejimlə bağlı ciddi mövqe tutmalarını vurğulayırlar.
Əslində dünya ictimaiyyətinin İslam Əməkdaşlıq Təşkilatından əsas gözləntisi budur ki, təməli Məscidül-Əqsanı himayə məqsədilə qoyulan bu əsas təşkilat bu məscid və digər müqəddəs məkanların qurunmasında düzgün həll yolları və qərarların çıxarılmasında səhlənkarlıq etməsin.
Qeyd etmək lazımdır ki , 1969-cu ildə sionistlər tərəfindən Məscidül-Əqsanın yandırıilması ardınca , İslam Əməkdaşlıq Təşkilatı yaradılıb.
Nəticə etibarı ilə demək olar ki, Fələstin məntəqələrində xüsusilə də Beytül-Müqəddəsdə Sionist rejimin təxribat xarakterli addımlarının yerində susdurulmaması həmçinin yalnız sözdə bu qeyri legitim rejimin hərəkətlərini pisləmək, yaxud Fələstin Özünüidarə Təşkilatının təslimçi siyasətlərinin davam etməsi İsrail rejiminin harınlaşmasına səbəb olub və belə ki ,həyasızcasına müqəddəs və dini məkanlara qarşı hörmətsizlik etməkdə əlindən gələni əsirgəməyir.

http://azeri.irib.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button