ArxivXəbər lentiXəbərlər

Bir qrup məcburi köçkün Tbilisi prospektini bağlayıb

Bu gün, sentyabrın 11-i səhər məcburi köçkünlərdən ibarət qrup Tbilisi prospektində nəqliyyatın hərəkətini dayandırıb.
Etiraz köçkünlərin mənzil probleminin həll olunmaması ilə əlaqədar olub.
Səhər onlar Dövlət Statistika Komitəsinin qarşısında toplaşıblar. Lakin onları içəriyə bir-bir buraxıblar.
Qaçqınlar məmurların davranışından hiddətlənməyə başlayıblar. Qaçqınlardan biri öz avtomobilində yola çıxaraq mərkəz istiqamətində Tbilisi prospektini bağlayıb. Digər köçkünlər də onu dəstəkləyiblər.
Polis əməkdaşları sürücüdən yolu açmağı tələb ediblər. O imtina etdikdə güclə maşından çıxarıb aparıblar. Etiraz əlaməti olaraq qadın yolun ortasında dayanıb.
Hadisə yerinə gələn çevik polis alayının əməkdaşları aksiya iştirakçılarını dağıdıblar.
“Bizim müvəqqəti yaşadığımız yeri 9 ay öncə söküblər. Bizə ancaq vəd verirlər. Biz mənzil istəyirik”, – aksiya iştirakçılarından biri deyib.
“Mənzil vermirlər, heç olmasa sığınacaq versinlər, başımızın üstündə dam olsun”, – qadın deyib.
Aksiyadan sonra məmurlar etirazçılarla söhbət ediblər.
Yol 15 dəqiqəliyə bağlanıb, bu da bir kilometrdən uzun tıxacın yaranmasına səbəb olub.
Turan İnformasiya Agentliyi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button