AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Biləsuvar sərhəd terminalında Ərbəin mokəbi fəaliyyətə başladı

Biləsuvar sərhəd terminalı mökəbinin icraçı müdiri: “Biləsuvarın sərhəd terminalında “Həzrət Seyyidüş-Şühəda (ə)” mokəbi öz fəaliyyətinə başlayıb. Mokəbin 10 min azəri zəvvarı qarşılayacağı gözlənilir.”

Qafqaz Həqiqətləri – Biləsuvar sərhəd terminalı mökəbinin icraçı müdiri Nadir Purəta deyib: “Biləsuvarın sərhəd terminalında “Həzrət Seyyidüş-Şühəda (ə)” mokəbi öz fəaliyyətinə başlayıb. Mokəbin 10 min azəri zəvvarı qarşılayacağı gözlənilir.”

“Həzrət Seyyidüş-Şühəda (ə)” mokəbinin 4-cü ildir ki, ardıcıl olaraq fəaliyyət göstərməsinə işarə edən icraçı müdir deyib: “Karvanların Biləsuvara daxil olduğu vaxt zəvvarları qarşılamaq, xidmət göstərmək, qurbanlıq kəsmək mokəbin əsas və mühüm fəaliyyətlərindən sayılır. Bu işlərin yanında zəvvarların yerlə təmin edilməsi, camaat namazının qılınması, dini-şəri suallara cavab verilməsi də dayanır.”

Nadir Purəta ötən illərdə Azərbaycandan gəlmiş Ərbəin zəvvarlarına yaxşı xidmət göstərildiyini də vurğulayaraq deyib: “Ötən illərdə Biləsuvar sərhəd terminalı mokəbi Azərbaycandan gəlmiş zəvvarları yaxşı qarşıladı və təkcə keçən il 5 min zəvvara xidmət göstərildi.”

Biləsuvar sərhəd terminalı mökəbinin icraçı müdiri bildirib: “Ərdəbil əyalətinin hüseyinçi və xeyriyyəçi əhalisi öz ehsan və nəzirlərini nəqd şəkildə İran Milli Bankında Həzrət Seyyidüş-Şühəda (ə) adına açılmış 0357755648008 hesab nömrəsinə köçürə bilərlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button