ArxivXəbər lentiXəbərlər

Qarabağ münaqişəsi məntəqənin ən mürəkkəb münaqişəsidir

ABŞ ordusunun transport qüvvələri komandanı Qarabağ münaqişəsini məntəqənin ən mürəkkəb münaqişəsi adlandırıb.

APA-nın verdiyi məlumata görə, general Daren Mək Dev Bakıda təşkil etdiyi mətbuat konfransında ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə fəaliyyətinə işarə edərək, deyib: Nisbi sakitliyin bərqərar edildiyi və iki ölkə başçılarının münaqişənin həlli üzrə müzakirələrin davam etdirilməsi barədə razılığa gəldikləri təqdirdə, Amerika da bu prosesi dəstəkləyəcək.

Azərbayandakı siyasi dairələr isə bildirirlər ki, Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsi qarşısındakı sükutu və passiv mövqeyi münaqişənin həlli prosesinin uzanmasına səbəb olub.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qaldırması və bu ölkəyə qarşı işğalçı siyasət yürütməsi ilə başlandı.

Ermənistanın Azərbaycana qarşı işğalçılığı nəticəsində Azərbaycanın Qarabağ bölgəsi və ətrafında yerləşən 7 rayon Ermənistan tərəfindən işğal edildi. 1994-cü ilin may ayında isə tərəflər arasında atəşkəs elan edildi və Minsk Qrupunun vasitəçiliyi ilə sülh danışıqları başlandı. Amma, bu günə kimi danışıqlarda heç bir irəliləyiş əldə edilməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button