Aktual

Beynəlxalq Qarabağ konfransınin təxirə salınmasi barədə məlumat?

Arannews saytinin verdiyi məlumata əsasən, Azərbaycanın bəzi media və dairələrinin qədirbilməməzliyinə reaksiya olaraq konfransın keçirilməsi təxirə salındı

Bu qara piarlar İran və Azərbaycan əleyhinə təşkilatlanmış hərəkətlərdən biridir və yalnız Qarabağın işğalda qalmasını istəyənlərin maraqlarını təmin edir.

Beynəlxalq Qarabağ Konfransının sədri Məhəmməd Əli Mütəfəkkirazad bu konfransın keçirilməsinin təxirə salındığını xəbər verib.
Məhəmməd Əli Mütəfəkkirazad müxbirlərə verdiyi müsahibəsində deyib: “Beynəlxalq Qarabağ Konfransının keçirilmə vaxtının yaxınlaşması ilə eyni zamanda Azərbaycan Republikasında bəzi mediaları tərəfindən şübhəli hərəkətlərin başlaması müşahidə edildi. Bəzi faktlara əsasən, bu hərəkətlərin arxasında sionist lobbisi dayanır.
O, ötən həftə Azərbaycanın bəzi mətbuat və saytlarında Beynəlxalq Qarabağ Konfransının hədəflərinə qarşı qara piarlar hücuma keçməsinə işarə edərək deyib: “Sözsüz ki, bu qara piarlar İran və Azərbaycan əleyhinə təşkilatlanmış hərəkətlərdən biridir və yalnız sionist qruplar və Qarabağın işğalda qalmasını istəyənlərin maraqlarını təmin edir”.
Konfransın sədri vurğulayıb: “Son günlər Qarabağ Azadlıq Təşkilatının məsullarından bəziləri öz müsahibələrində hakimiyyət dairələrindən və işə mane olmaq istəyənlər tərəfindən heyət üzvlərinə konfransda iştirak etməmələri üçün müəyyən təzyiqlər olduğunu deyib.
Doktor Mütəfəkkirazad konfransın açılışı olduğu zamandan bu vaxta qədər azəri medialarının, hətta, bəzi dövlət rəsmilərinin bu barədə nəzərlərinin müsbət olduğunu da xatırladaraq deyib: “Onların gözlənilmədən fikirlərini dəyişmələri yadların bu məsələyə dəxalət etməsi gümanını gücləndirir”.
O, habelə vurğulayıb: “Konfransın logo dzaynından da aydın idi ki, onun təşkilatçılarının məqsədi beynəlxalq qayda-qanunlar əsasında, o cümlədən BMT-nin 4 qətnaməsinə əsasən, Azərbaycanın ərazi bütövlünü təsdiqləmək, Qarabağı Azərbaycanın ərazisi bilmək, onun Azərbaycanın siyasi və coğrafi hüdudlarına qayıtmasını istmək olmuşdur. Bu mövzu konfransın logosundakı quşun uçuşundan məlumdur”.
Konfransın logosundakı quşudan istifadə etmək konfranısın təşəbbüsçülərinin əqidəsinə əsasən, sülh və səfanın, əmin-amanlığın məntəqəyə qayıtmasını arzulamaq olduğunu bildirən sədir artırıb: “Siyasi ədəbiyyatda quş və ağ rəng sülh və dostluq əlamətidir”.
Təbriz Universitetinin İqtisadiyyat İnstitutunun rektoru Qarabağ münaqişəsində məntəqə ölklələrinə, ictimai potensiala və müsəlman xalqların etiqadına söykənməyi Beynəlxalq Qarabağ Konfransının digər bir hədəflərindən olduğunu bildirib və bu əlamətin də logoda yer tapdığını deyib.
Azərbaycanın azad insanları həmişə həqiqi müstəqillik və öz ərazi bütövlüklərinin ardınca olmuşdur. Biz də inanırıq ki, bu Azərbaycan dövləti və xalqını qarşılıqlı anlaşması sayəsində gerçəkləşə bilər-deyə sədir bildirib.
İndiyə kimi İran və Azərbaycanın düşmənlərindən göstəriş alan və dövlət dairələrindən icazəsi olmadan işləyə bilməyən bir neçə nəşriyyat konfransda iştirak etmək istəyən azəri qonaqlar üçün çoxlu problemlər yaradıblar. Bundan da önəmli odur ki, bu ölkənin diplomasiyasını öhdəsinə alanlar İranın elmi və mədəni mərkəzlərinin təşəbbüsünün dəyərini bilməmələri, hətta ona etiraz etmələridir. Biz ictimai-elmi konfransın öhdədarları olaraq bu mediyaya və dairələrə etiraz məqsədi ilə öz daxili meylimizin əksinə olaraq qərara gəldik ki, hələlik konfransın keçirilmə tarixini təxirə salaq. Ümidvarıq ki, konfransın əhəmiyyət və həqiqətini dərk etmiş universitet alimləri, ziyalılar, müstəqil və insaflı medialar, ictimai və mədəniyyət fəalları hələ də dost və düşmənini kiçik dairələrinə və onlara bağlı mətbuatlara məntəqənin əsas məsələlərini və İslam ölkələrinin potensiallarından istifadə etməklə Qarabağı azad etməyin lüzümunu anladacaqlar. Sonda doktor Mütəfəkkirazad konfransa məqalə göndərən daxili və xarici tədqiqatçılara təşəkkürünü bildirdi və həmin məqalələrdən layiqincə istifadə ediləcəyinə söz verdi. O, habelə konfransın xəbərlərini indiyə kimi işıqlandırmış sayt və mətbuata öz təşəkkürünü bildirib və konfransın işinə mane olan medianın hərəkətlərini bütün Azərbaycanın qeyrətli xalqına qarşı hörmətsizlik adlandırıb.
Konfransın sədri bildirib: Biz bu konfransda mənfəət əldə edən tərəf deyildik. Biz istəyirdik ki, öz neçə illik araşdırmalarımızı sədaqətlə Azərbaycan xalqının ixtiyarında qoyaq və bu vasitəylə onlara kömək edək. Amma bəzi azəri dairələrin iki ölkə xalqının yaxınlaşmasını gözləri götürmür. Lakin onlar bilsinlər ki, biz Azərbaycanın ümumi xalqının hesabını belə bir az dəstəyə qatmırıq və bu ölkə müsəlmanlarını dəstəkləməyi özümüzə vəzifə bilirik.

Azərbaycan Respublikası hökumətininTəbrizdə Qarabağ Konfransının keçirilməsinə qarşı çıxmasından təəssüf ifadə olunub

Beynəlxalq Qarabağ Konfransının elmi komitəsi və katibliyi Azərbaycan Respublikası hökumətinin bu konfransın Təbrizdə keçirilməsinə qarşı çıxmasından təəssüfləndiyini bildirib.
2013-cü il 26 iyunda Təbriz Universitetində bu konfransın elanın üzrə təqdimat mərasiminin keçirilməsi ilə yanaşı bu konfrans Azərbaycan Respublikasının Qarabağ xalq təşkilatları məsul şəxslərinin iştirakı ilə keçirildi və daxili və xarici, xüsusilə Azərbaycan Respublikasının mediaları, elmi mərkəzləri və universitetləri tərəfindən layiqli şəkildə müsbət qarşılandı. Belə ki, təyin olunmuş zaman qrafikasında İran, Azərbaycan Respublikası, Rusiya və Türkiyə universitetlərindən 150-dən çox məqalə konfransın elmi komitəsinə göndərildi və münsiflər heyəti tərəfindən araşdırıldı.
Bu bildirişdə təəssüf ifadə olunur ki, bir neçə gün öncə Azərbaycan Respublikasının az sayda mediası Qarabağın işğalının davam etməsinin tərəfdarı olan dairələrin təsiri altında bu konfransın məqsədləri barəsində qara piyara əl atdılar. Digər tərəfdən Azərbaycan Respublikasının Qarabağ Azadlıq Təşkilatının bəzi məsul şəxsləri 2013-cü il 28 oktyabrda Azərbaycan dilli Salamnews sayı və bir neçə digər saytlarla müsahibədə Azərbaycan Respublikasının kimliyi bəlli olmayan məmurlarının Təbrizdə Beynəlxalq Qarabağ Konfransının azərbaycanlı qonaqlarına qarşı təhdidlərinin başlandığını bildirib və əlavə ediblər ki, qeyd olunan məmurlar deyiblər ki, sizin bu konfransa getmək haqqınız yoxdur!!
Təbrizdə Beynəlxalq Qarabağ Konfransının katibliyi və elmi komitəsi əlavə edib: Yuxarıda qeyd olunan halları nəzərə alaraq və Beynəlxalq Qarabağ Konfransının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin gözlənilməyən qədrini bilməmək hərəkətinə reaksiya olaraq, işğalçılığı pisləmək, müsəlman Azərbaycan Respublikasının ərazi bütövlüyü və istiqlaliyyətini vurğulamaqdan başqa bir məqsədi olmayan və müsəlman xalqı tərəfindən tam müsbət qarşılanan konfransın keçirilməsi öz daxili marağının əksinə olaraq hələlik təxirə salınır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button