ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tehran-Bakı ticarət danışıqlarının üçüncü raundu keçirilib

Üstünlük verilən ticarət müqaviləsinin mətni üzərində İran ilə Azərbaycan Respublikası arasında aparılan danışıqların üçüncü raundu video-konfrans formasında keçirilib.

Qafqaz.ir  xəbər verir, İran və Azərbaycan Respublikası arasındakı müzakirələrin üçüncü raundunda İranın Ticarətin İnkişafı Təşkilatının və Azərbaycan Respublikasının iqtisadiyyat nazirliyinin müxtəlif sektorlarının, həmçinin iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri müqavilə mətnini, eləcə də azəri tərəfin təklif etdiyi mənşə qaydalarının mətnini nəzərdən keçiriblər.

İran və Azərbaycan Respublikasının siyasi liderlərinin ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsilə bağlı yüksək iradəsilə bir istiqamətdə, üstünlük verilən ticarət müqaviləsinin mətni üzərindəki ilkin müzakirələr irəliləyişlə müşayiət olunub və tərəflər təklif olunan mətn və əlaqədar mülahizələr üzərində razılığa gəliblər.

Üstünlük verilən ticarət müqaviləsinin imzalanması və İran ilə Azərbaycan Respublikası arasında müzakiərlərin aparılması haqda razılaşma, İran İslam Respublikası prezidentinin Qoşulmama Hərəkatının sammitində iştirak məqsədilə ötən il Bakıya olmuş səfərinin kənarında əldə olunubdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button