ArxivIslamXəbər lentiXəbərlər

Batumidə İslam Peyğəmbərinin mövlud mərasimi keçirilib – FOTO

Acarıstan Muxtar Vilayətinin mərkəzi şəhəri Batumidə Hz. Məhəmməd Peyğəmbərin (s) Mövlud bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbirdə din xadimləri, dövlət rəsmiləri, Azərbaycan, İran və Türkiyə konsulluq nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak edib.
Qurani Kərimin tilavəti ilə açıq elan olunan tədbir iki rəsmi və bədii hissə olaraq keçirilib.
Tədbirin birinci hissəsində Bütün Gürcüstan müsəlmanları İdarəsinin (BGMİ) Qərbi Gürcüstan üzrə müftisi Hacı Beqlar Kamaşidze, BGMİnin şeyxi Hacı Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Acarıstan MR. Səhiyyə Naziri Zaal Mikeladze, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədr müavini Qoqa Ukleba, Türkiyənin Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Ahmed Erdem, Dağıstan Respubliukası Müftisinin müavini Hacı Taqir Deliyev, Qərbi Gürcüstan müftisinin müavini Hacı Adem Şantadze İdarənin və digər qonaqlar çıxış ediblər.
Çıxış edənlər öncə Hz. Məhəmməd Peyğəmbərin mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik edib, Hz. Məhəmməd Peyğəmbərin (s) şəxsiyyəti haqda, örnək xüsusiyyətləri və kəlamlarından, gətirdiyi İslam dininin üstünlük və özəllikləri barəsində ətraflı danışıbar.
Tədbirin ikinci hissəsində İdarənin əməkdaşı olan aparıcı Temur Qorqadze sözü şeir, ilahi və mədhiyyələrə verib.

Sonda seçkin din kursları tələbələri mükafatlandırılıb.

Batumidə İslam Peyğəmbərinin mövlud mərasimi keçirilib – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button