ArxivFatimi yaşayişIslamŞəkil​Xəbər lentiXəbərlər

Bakıda tarixi foto-Ayətullah Mürəvvicin ildönümü manasibətilə

 

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi və Ərdəbilin imam cüməsi mərhum Ayətullah Mürəvvic 16 aprel 2001-ci ildə 71 yaşında dünyaya göz yumdu və izdihamlı mərasimlə Ərdəbilin Şəhidlər Xiyabanında dəfn edildi.

Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün darul-irşad Ərdəbilin böyük və tanınmış fəqihlərindən olan həzrət Ayətullah Hacı Mirzaböyük Xəlilzadə Mürəvvicin vəfatının ildönümü günüdür. O, 1309 günəş ilində (m.1930) ilində Ərdəbildə dindar ailədə dünyaya göz açdı. Altı yaşından dövlət məktəbində təhsil almağa başlamaqla yanaşı, Ərdəbil Elmi Hövzəsinin o zamankı böyük ustadları Hacı Şeyx Əbdülğafur Amili, Molla Yəqub Müdərris və Ağa Mirza Məhdinin məhzərində hövzə elmlərindən bəhrələndi. Dini təhsilini davam etdirmək üçün 1326-cı günəş ilində (m.1947) Quma köçmüş və ali səth dərslərini Sultani Təbatəbai, Şeyx Əhməd Kafi Təbrizi, Əbdülcavab İsfahani, Mirza Məhəmməd Müctehidi Təbrizi, fəlsəfəni isə Şeyx Məhəmməd Lakani, Mirza Məhəmməd Mazandarani və Əllamə Təbatəbainin məhzərində mənimsəmişdir.

Həzrət Ayətullah Mürəvvic Azərbaycan Respublikası xalqına sevgi bəsləyən və onlarla xas münasibətlər saxlayan alimlərdən idi. O, Bakıya etdiyi səfərdə bu ölkə möminləri tərəfindən çox səmimi qarşılanmışdı.

Ayətullah Mürəvvic 27 fərvərdin 1380-cı günəş ilində (m.16 aprel 2001) 71 yaşında ikən dünyaya göz yumdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button