ArxivXəbər lentiXəbərlər

Bakıda tələbələr etiraz aksiyası keçirib

Bakı Slavyan Universitetinin tələbələri etiraz aksiyası keçirib.

 AzNews.az xəbər verir ki, universitetin 4-cü kurs tələbələri hazırda əsas korpusun qarşısında yığışaraq rəhbərliyə etiraz ediblər. Məlumata görə, aksiyanın səbəbi isə universitet rəhbərliyinin tələbələrə məzun günü keçirməyə icazə verməməsidir.

 Universiteti bitirən tələbələr məzun günü keçirmələri üçün icazə tələb ediblər.

 Universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev açıqlamasında hazırda universitetdə sakitlik olduğunu deyib: “Tələbələrə məzun günü keçirməyə icazə verilib. Sadəcə olaraq təntənəli konsert proqramı olmayacaq. Bu da Bakıda baş verən yanğın hadisəsi ilə əlaqədardır”.

 Məlumat üçün bildirək ki, mayın 19-da Binəqədidə yaşayış binasının yanması ilə əlaqədar bir çox universitetlərdə “məzun günü” konsertləri ləğv edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button