ArxivXəbər lentiXəbərlər

Bakıda İslam dünyasının ifratçılıq və işğalçılığa qarşı həmrəyliyi konfransı keçirilib/foto

Ümumdünya Qüds günü münasibəti ilə və Azərbaycan Respublikasının bir qrup mütəfəkkir və ekspetinin iştirakı ilə İslam dünyasının ifratçılıq və işğalçılığa qarşı həmrəyliyi konfransı keçirilib.

Bu mənəvi mərasimin iştirakçıları İmam Xomeyni(r.ə)-in xatirəsini və o böyük imamın mübarək Ramazan ayının sonuncu cüməsini Ümumdünya Qüds günü elan etmək üzrə dəyərli təşəbbüsünü anaraq, qəsbkar sionist rejimin Qəzzə zolağında və İŞİD-in islami ölkələrdəki vəhşicəsinə cinayətlərini pisləyib və İslam dünyası ilə müsəlmanların bu cinayətlər qarşısında vəhdətini vurğulayıblar.
İran səfiri bu mərasimdə İmam(r.ə.) tərəfindən mübarək Ramazan ayının sonuncu cüməsinin Ümumdünya Qüds günü elan edilməsinin önəminə toxunaraq, deyib: İmamın bu təsirli addımı qəsbkar sionist rejimi dünya xalqları qarşısında zəiflədibdir.
Möhsün Pak Ayin sionistlərin Qəzzə zolağındakı soyqırımı qarşısında susan dünya ictimaiyyətini və insan haqları iddiaçılarını tənqid edərək, bu rejimin başçılarının mühakimə edilmələrini istəyib.
O, islami və ərəb ölkələrinin Fələstin məzlumlarını himayə üzrə ciddi və təsirli addımlar atmalarını vurğulayaraq, deyib ki, bu ölkələr sionist rejimlə əlaqələrini kəsib, onu sanksiya etməklə Fələstini ciddi şəkildə dəstəkləməlidirlər.
Mərasimin davamında natiqlər Ümumdünya Qüds günü barədə öz baxışlarını bəyan edərək, beynəlxalq təşkilatlar və insan haqları iddiasında olan orqanların İsrail rejiminin işğal olunmuş Fələstindəki və terror qruplarının regionun islami ölkələrində günahsız insanları qırğın etmək üzrə cinayətləri qarşısında susmalarını tənqid edib və islami və ərəb ölkələrinin müsəlman məzlumları himayə üzrə ciddi addımlar atmalarını istəyiblər.
Bakının İçərişəhər Cümə məscidinin imamcamaatı Hacı İlqaq İbrahimoğlu da bu mərasimdə Qüds gününü İslam ümmətinin oyanış günü adlandırıb.
O, deyib: Qüds günü İslam ümmətinin siyasi-ictimai bərpası günüdür və bu il, bu gün ilə bağlı mərasimin əzəmətlə keçirilməsi sionistlərin Qəzzədə və terror qruplarının İraq və Suriyada, eləcə də səudiyyəlilərin Yəməndəki cinayətlərinə görə, ikiqat önəm kəsb edibdir.
O, deyib: Qüds günü Azərbaycan Respublikasında həm də Qarabağ günüdür və biz inşaallah, İmam Hüseyn(ə) hərəkatından və bu böyük gündən ilham alaraq, öz işğal olunmuş ərazilərimizi azad edəcəyik.
Rövşən Novruzoğlu da bu mərasimdə Ümumdünya Qüds gününü bəşəriyyət tarixində qızıl səhifə adlandırıb. O, deyib: Günbəgün biz bu günün mərasiminin daha əzəmətli keçirilməsinin şahidi oluruq.
O, islami və ərəb ölkələrinin sionistlərin cinayətləri qarşısında laqeyd olmalarını tənqid edərək, bildirib ki, Qüds heç vaxt məğlub olmayacaq və Fələstinin müqavimətli xalqı mütləq qələbə çalacaqdır.
Azərbaycan Respublikası İslam Partiyasının sabiq sədri Hacıağa Nuri də deyib ki, Qüds günü İmam Xomeyni(r.ə)-in İslam ümmətinə hədiyyəsi və İslamın bərpası günüdür.
O, əlavə edib: Əgər Qüds məsələsi həll olunsaydı, biz bu gün İslam dünyasında müsəlmanların daha artıq problemləri, o sıradan İraq, Yəmən və Azərbaycan Respublikasının problemlərinin şahidi olmazdıq.
O, ümidvarlıq edib ki, Azərbaycan Respublikası hakimiyyəti bu ölkə müsəlmanlarının daha artıq iştirakı və fəaliyyətinə zəmin yaradacaq.
İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi doktor İbrahimi də bu konfransın hədəfləri haqda izahat verərək, müxtəlif mədəni məsələlərdə iki ölkə arasında mədəniyyət xadimlərinin həmrəylik vacibliyini vurğulayıb.
Konfransda həmçinin Azərbaycan Respublikasından olan şairlər Qüds günü barədə şerlər qiraət ediblər.
İştirakçılar konfransın sonunda şam və xıftən namazından sonra öz oruclarını iftar ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button