AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Bakıda iranlı sənətkarın xəttatlıq əsərləri nümayiş etdirilib

 

Qədir-Xum səadətli bayramının çatması ərəfəsində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində iranlı sənətkarın xəttatlıq əsərləri nümayiş etdirilib.

Qafqaz Həqiqətləri – Qədir-Xum səadətli bayramın çatması ərəfəsində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən sərgidə iranlı sənətkarın xəttatlıq əsərləri nümayiş etdirilib.

İranın Bakıdakı səfirliyində xəttatlığa maraqlı bir qrup qonağın iştirakı ilə açılışı olan Şəhriyar Mədəniyyət Evində baş tutan “Vəhy kitabəti” adlı sərgidə tanınmış sənətkar Əli Əbdülhüseynzadənin 23 xəttatlıq əsəri sərgilənib.

Əsərin mövzuları İmam Əliyə (ə) aid olan ayə və hədislər olub.

Sərgidə nəsx xətti ilə yazılmış Qurani-kərim, habelə Əli Əbdülhüseynzadənin süls xətlə yazdığı Qurani-kərimin 9 surəsi ayrı ayrılıqda və Səhifeyi-Səccadiyyə nümayiş etdirilib.

Qurani-kərimin süls xətti ilə yazılmış “Musəbbihat” adlı 9 surəsi gümüşlə işlənmişdir və 35*50 ölçüsündədir.

Əli Əbdülhüseynzadə İran Xəttatlar Qurumunun süls xətti üzrə yüksək dərəcəli diplomuna yiyələnmişdir və 2010-cu ildən 2012-ci ilədək Qurani-kərimin süls kitabəti üzərində işləmişdir və Quranın süls xətti ilə yazılışını ilk dəfə olaraq təqdim etmişdir.

Sərginin açılış mərasimi xəttatlıq sənətinə maraqlı olanlar tərəfindən çox yaxşı qarşılanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button