AktualAktualArxivIslamSosialXəbər lentiXəbərlər

Bakıda İran əleyhinə düşmənçilik təbliğatı qarşısında yumşaqlıq siyasəti davam edir

Bakıda İran əleyhinə düşmənçilik təbliğatı qarşısında yumşaqlıq siyasətinin davam etməsi nəticəsində Bakının anti-İran mediaları əvvəlkindən daha artıq xəbisləşiblər.

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikası hökumətinə aid “Axar” saytı bu ölkədə açıq şəkildə anti-İran təbliğatını və saxta xəbərlər yaymasını davam etdirir.

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarına aid olması sübuta yetmiş bu sayt 6 iyulda “Azərbaycan kəndləri boşaldılır” adlı xəbər yaymaqla İranın azərilər məskunlaşmış məntəqələrində kənddən şəhərə axın problemini şişirtməklə bu mövzunu İran dövlətinin azərilərə qarşı ayrıseçkilik siyasəti kimi göstərməyə çalışmışdır. Axar saytı “Güney Azərbaycan” terminindən istifadə etməklə iddia etmişdir:

“İran hakimiyyətinin Azərbaycan türklərinə qarşı yürütdüyü ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanı kəndləri boşaldılır və yerli rəsmilər də bu həqiqəti etiraf edir.”

Halbuki, İranda kəndlərdən şəhərə mühacirət problemi demoqrafik təhqiqatlara əsasən, təkcə İranın azərilər yaşayan bölgələrinə aid deyil və bu tarixi və davamlı proses İranın bütün ərazilərinə aiddir.

Qeyd edək ki, iranlı separatçılara dəstək və qondarma terminlərdən istifadə etmək adı keçən saytın davamlı, açıq-aşkar siyasətidir və bu siyasət Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçir. Doğrusu, bu kimi siyasətlərə İranda reaksiyalar göstərilmişdir. Belə ki, İranda bir sıra saytlar və ictimai fəallar da buna cavab olaraq bir vaxtlar İranın tarixi ərazisi olmuş və İrandan qaynaqlanmış Azərbaycan Respublikasını “Şimali İran” adlandırırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button