ArxivXəbər lentiXəbərlər

Azərbaycanda 1-ci Qədr gecəsi mərasimi keçirilib

Mübarək Ramazan ayının 19-cu gecəsinin əhya mərasimi Azərbaycan Respublikası müsəlmanlarının bu ölkə məscidlərində geniş iştirakı ilə keçirilib.

S Azərbaycan Respublikasında möminlər və Əhli-Beyt (ə) aşiqləri mübarək Ramazan ayının 19-cu və Həzrət Əlinin (ə) yarlanamasının ildönümü gecəsində bu ölkənin hər bir yerində, o cümlədən Bakı, Gəncə, Lənkəran, Masallı, Göyçay, Sumqayıt, Astara, Biləsuvar, Cəlilabad, Nardaran və Naxçıvanda məscidlərə və hüseyniyyələrə toplaşaraq Allah-taala ilə raz-niyaz ediblər.

Bu mənəvi proqramlarda natiqlər Quran ayələri və rəvayətlərə istinad edərək Qədr gecələrinin fəzilətlərini qeyd edib və Qədr gecələrini günahların bağışlanmasını istəmək üçün ən yaxşı fürsət adlandırıblar.

Möminlər dua və münacat oxuyaraq, Quran-Kərimi başa tutaraq və Quran və məsumlar (ə) şəfaətçi qərar verərək Allah-taalanın dərgahından günahların bağışlanması, sağlamlıq, İmam Zamanın (ə) zühurunun tezləşdirilməsi, islam dünyasının problemlərinin aradan qaldırılması və dünya müsəlmanlarının başıucalığını diləyiblər.

Bakıda yaşayan yüzlərlə iranlı və Azərbaycan vətəndaşları da 1-ci Qədr gecəsini iranlıların Bakıdakı Əhli-Beyt (ə) hüseyniyyəsində möhtəşəm proqramla keçiriblər.

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətülislam vəlmüslimin Ocaqnejad bu mərasimdə mübarək Qədr gecələrinin əzəməti və Həzrət Əlinin (ə) nurlu şəxsiyyətini açıqlayıb və mübarək Ramazan ayının fürsətlərini qənimət saymağı vurğulayıb.

Məddahlıq, İmam Hüseyn (ə) ziyarəti, Qədr gecəsinin məxsus dualarının oxunması və Quran-Kərimin başa tutulması bu əzəmətli mərasiminin proqramlarından olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button