Islam

Şiəlik adı altında fəaliyyət göstərən peyk tv kanalları ilə tanışlıq

Untitled-1427887

İslam İnqilabının Böyük Rəhbəri həcc işçiləri ilə görüşündə belə buyurdu: “Mərhum İmam və şiə dünyasının digər böyük şəxsiyyətləri hər zaman İslam ümməti arasında vəhdətin qorunmasını mühüm hesab ediblər. Odur ki, London və Amerikadan yayımlanan televiziya kanallarının təbliğ etdiyi müsəlmanlar arasında ixtilaf yaradan şiəlik həqiqi şiəlikdən uzaqdır.
İslam İnqilabının Böyük Rəhbərinin hansı medianı nəzərdə tutması maraqlıdır. Son illərdə müsəlmanlar arasında ixtilaf, parçalanma yaratmaq məqsədi ilə şiəlik adı ilə müxtəlif televiziya kanalları açılıb. Xülasə şəkildə bu kanallardan üçünə (fars dilində yayımlanan kanallar) işarə edəcəyik:

Əhli-beyt (ə) kanalı

580730_303618816430884_1226784503_n

Bu televiziya kanalı Həsən Allahyari adlı bir əfqanlı şəxs tərəfindən Qumda təsis edildi. Bu televiziya kanalının sahibləri uyğun müqəddəs ad seçimi ilə Qumun mədəniyyət fəzasında özləri üçün mövqe əldə etməyə çalışdılar. Əhli-beyt (ə) kanalı öz fəaliyyət dövründə İslam məzhəbləri arasındakı ixtilafları qabartmaq üçün proqramlar hazırlayırdı. Fatimiyyə günlərinin “möhsiniyyə” adı ilə keçirilməsinə təkid edirdi. Ömər ibn Xəttabın ölümü münasibəti ilə “eyduz-zəhra” adlı şənlik mərasiminin keçirilməsi bu televiziya kanalanının əsas işlərindən olub. Allahyari bir müddət, bu kanalın təqlid müctəhidlərinə (təqlid mərcələrinə) aid olduğunu iddia etdi. O iddia edirdi ki, təqlid mərcələrinin dəftərxanaları onu himayə edirlər.
Onun bu iddiası təqlid müctəhidlərinin dəftərxanalarının məsul şəxsləri tərəfindən inkar olundu. Təqlid müctehidləri arasında əfqan alimlərindən olan Ayətullah Qurbanəli Mühəqqiq Kabulinin dəftərxanası Qumdakı (bu alim Qumda sakinləşirdi) Əhi-beyt (ə) televiziya kanalınını himayə edirdi. Lakin onun təfriqə salmaq, parçalanma yaratmaq mahiyyəti aşkar olduqdan sonra Ayətullah Mühəqqiq Kabuli də hicri-şəmsi 1389-cu ilin mehr ayında bəyanat yazdı və bildirdi ki, müsəlmanlar arasında vəhdət olduqca əhəmiyyətlidir. Onun bəyanatında belə bildirilir: “Pak Əhli-beytin (ə) həqiqi şiələri və ardıcıllarından ciddi şəkildə xahiş olunur ki, uyğun televiziya kanalına istənilən maddi və mənəvi kömək və yardımdan daşınsınlar. Mənim fikrimə görə bu televiziya kanalına və istənilən bir adla müsəlmanlar arasında parçalanma, təfriqə yaradan televiziya kanalları və proqramlarına beytul-maldan, xümsdən ayırmaq istənilən bir səbəblə nəinki icazəli deyil, əksinə günahdır.”

Allahyarinin siyasi baxışları

1. Şiə və sünnü arasında təfriqə, ixtilaf, parçalanma yaratmaq
2. Əvvəl Bəqini azad edək, sonra Qəzzəni bəhanəsi ilə “nə Qəzzə, nə Livan” şüarını təsdiqləmək
3. Şiələr ilə böyük şiə təqlid müctəhidləri arasında ayrılıq yaratmaq (bu televiziya kanalının müdiri təqlid müctəhidlərindən heç birini ədalətli hesab etmir və dəfələrlə Həzrət İmam Xumeyni (r), Ayətullah Xamenei, Ayətullah Məkarim Şirazi və hətta Ayətullah Behcəti təhqir edib)
4. İran İslam Respublikasını istənilən bir vasitəilə vurmaq və məzlumların, dünya şiələrinin hamisi, köməyi olan İslam Respublikasını Əhli-beyt (ə) düşməni kimi tanıtdırmaq
5. İmam Xumeyni (r) hökumətini Abbasilər hökuməti ilə müqayisə etmək
6. Amerikada söz azadlığının olması bəhanəsi ilə Amerikanı müdafiə etmək
Cənab Allahyari Amerikada məskunlaşır. Maraqlıdır, Amerikada peyk televiziya kanallarına aid olan ümumi bir qanun var, qanunun məzmunu bundan ibarət idi ki, hansısa bir televiziya kanalı hansısa bir dini, ideoloji və ya ictimai məktəbin müqəddəslərini təhqir etsə, həmin televiziya kanalı bağlanacaq, fəaliyyətinə icazə verilməyəcək.

Mənim özüm üçün belə bir sual yaranır ki, başdan-başa təhqir olan Əhli-beyt (ə) televiziya kanalı nə üçün bağlanmır? Sizcə bunun uyğun kanalın İran İslam Respublikası ilə düşmən olması və İslam məzhəbləri arasında ixtilaf yaratmasından başqa bir səbəbi varmı?!
Höccətiyyə birliyinin təfəkkürünə əsaslanan əqidələr

Onun əqidə və sözləri höccətiyyə təfəkkürünə uyğundur. Onun fikrinə görə heç bir iş görmək lazım deyil, yalnız oturub gözləməliyik ki, Allah nə zaman İmam Zamanı (ə.c) göndərəcək.
Bu televiziya kanalı qəmə vurmağı təbliğ edir; iddia edirlər ki, İmam Hüseyn (ə) eşqinə görə hər şeyi etmək olar…
Bu cərəyanın hədəfi şiəliyi “Höccətiyyə” səmtinə yönəltməkdir, ta ki, onlar Əhli-sünnəni söysünlər və hətta Əhli-sünnə qardaşların qətlinə hökm vesinlər. Hal-hazırda da onlar tərəfindən Əhli-sünnə təhqir olunur. Bu isə şiə və sünnü qardaşlar arasında təfriqə, parçalanma yaranmasına səbəb olur.

Əhli-beyt (ə) televiziya kanalı Ağ ev kanalı

ahlebait_logo 312

Bir müddət öncə Qum elmi hövzəsinin təbliğat şöbəsinin müdiri Höccətul-islam Nəbəvi bir yığıncaqda Əhli-beyt televiziya kanalınının pərdə arxasında Amerikalıların olduğunu sübut edən sənədlərin olmasını bildirdi və dedi: Şiəliyin müdafiəsi, Əhli-beyt (ə) elminin genişləndirilməsi adı altında açılan bu televiziya kanalınının əsas işi şiəliyi mənfi bir sima kimi tanıtdırmaqdır.”
Bu televiziya kanalının fəaliyyətləri daha həssaslaşdıqda Qumun ruhaniliyə məxsus məhkəməsi uyğun televiziya kanalının dəftərxanasının bağlanması ilə bağlı göstəriş verdi. Bu televiziya kanalına bağlı şəxslər İslam alimlərini, Böyük Rəhbəri təhqir etməklə yanaşı iddia edirdilər ki, İslam Respublikasının tutduğu yol Əhli-sünnəni müdafiə etmək və Əhli-beyt (ə) məktəbini zəiflətmək məqsədi ilədir! Höccətiyyə birliyinə bağlı şəxslər İranda Əhli-sünnənin fəaliyyətinə azad şəraitin olmasını bildirir, bunu tənqid edirlər. Əhli-beyt (ə) televiziya kanalını dəstəkləməyin zəruri olduğunu deyirlər!

Salam kanalı

22277_710

Siyasətdən ayrı Islamdan, Islamdan ayrı siyasətədək

Bir neçə il öncə Salam televiziya kanalı barəsində ilk yazılar yazıldıqda çox az şəxslər şiə libasnda şiələrin arasına daxil olmuş Amerika islamının təhlükəsini ciddi hesab edirdi. Lakin bu gün uyğun kanalın siyasi cərəyanlara qoşulmasından sonra əksəriyyət bilir ki, Salam kanalı İslama qarşı istismarçı siyasətlərin xidmətindədir. Bu günlərdə dinin siyasətdən ayrı olmasını iddia edənlər siyasi işlərə daxil olublar və bütün qüvvələri ilə İslam Respublikasına qarşıdırlar.
Salam kanalının müdiri “Müasir İranın Sünnəti Ruhanilər Cəmiyyəti” adlı birlik yaradıb və ölkədəki ixtişaşları atəşli çıxışları ilə dəstəkləyir. Misal üçün ötən illərdəki 25 bəhmən ixtişaşını dəstəkləməsini göstərmək olar.

Şübhəli maddi mənbə

İranlıların dünyada xüms göndərmələri üçün məhdudiyyət yaradılması barəsində hər gün yeni xəbərlər yaranmasına baxmayaraq, Salam televiziya kanalı Almanya, Amerika, Avstraliya, Dubay və digər ölkələrdə olan yeni hesab nömrələri tanıtdırır və bildirir ki, o öz tamaşaçılarının vasitəsi ilə daha çox maddi yardım əldə edir.
Rabitələr üzrə mütəxəssis Mərcan Hüseyni yazır: “Salam” televiziya kanalının proqramları Hotbird peyki vasitəsi ilə yayımlanır. Bu peyk kanal sahiblərindən aylıq böyük məbləğdə pul alır. Kanalın digər xərclərini və bu kanalda çox məhdud sayda reklamların yayımlandığını nəzərə aldıqda belə nəticə əldə edirik ki, “Salam” televiziya kanalına böyük maddi yardım olunur.
Bu kanalın idarə heyəti bu günədək kanalın xərclərinin haradan, hansı yolnan təmin olunması barəsində şəffaf bir söz deməyiblər.”
Televiziya şirkətinin monitorinq bölməsinin müdiri deyir: “Siz bu televiziya kanallarında yayımlanan elanlar, reklamların sayından hər şeyi anlaya bilərsiz. Belə kanalların əksərində reklamlar yayımlanmır. Hotbird peykində adi bir yer almaq üçün hər ay 28 min dollar ödəmək lazımdır. Digər xərclərlə birlikdə 60 min dollar olur. Bu xərclər yalnız proqramı peykə və peykdən yerə ötürməyin xərcidir. İndi siz işçilərin hüququnu buna əlavə edin. Bu kanallarda reklam yayımlanmır. Bəs onlar öz xərclərini nə ilə təmin edirlər? Təkcə bu, uyğun kanalların Amerikanın qara dollarlarına bağlı olması üçün böyük bir dəlildir.
Uyğun kanallar öz xərclərini nə yolla təyin etdikləri sualına əksər hallarda belə cavab verirlər ki, güya onlar xalqın maddi köməyi ilə öz xərclərini təmin edirlər. Onlar özləri özlərini ifşa edirlər. Onların kanallarını və özlərini təmin edən Amerikanın dollarları olması çox asancasına sübut olan bir məsələdir. Bu kanalların Amerika tərəfindən dəstəklənməsinin, himayə olunmasının əsas sübutlarından, nişanələrindən biri də budur ki, peyk antenalarına aid qanuna əsasən hansısa bir kanal məzhəblərarası ixtilaf yaratsa, yaxud məzhəbləri təhqir etsə dərhal peyk vasitəsi ilə yayımlanması dayandırılmalıdır. Lakin uyğun kanallar başdan ayaqa ixtilaf, parçalanma, ayrı-seçkilik mahiyyətli fəaliyyətlərinə baxmayaraq öz fəaliyyətlərini davam etdirirlər.”
Bir müddət öncə “Höccətiyyə” birliyinə aid Salam kanalına bağlı olan şəxslər kanalın nüfuzunun artması, xalq tərəfindən sevilməsi üçün onun müdirlərinə tövsiyyə ediblər ki, siyasi olmayan, sünnəti təqlid müctəhidlərindən təsdiqləmə alsınlar. Çünki cəmiyyətdə belə bir söhbət gedir ki, uyğun kanal təqlid mərcələri tərəfindən təsdiqlənmir. Uyğun şəxslər istəyirlər ki, öz fəaliyyətlərini irəli aparmaq üçün tanınmış təqlid mərcələri və ruhanilərin adından istifadə etsinlər və bu yolla ölkə səthində onların fəaliyyəti üçün daha az maneə yaransın.
Son illərdə uyğun kanal və onun məsul şəxsləri çox çalışdılar ki, qəmə vurmağı İslam sünnələrindən biri kimi tanıtdırsınlar. Bu məsələ İslam düşmənləri tərəfindən yaxşı qarşılandı. Proqramlardan birində Salam televiziya kanalının müdiri və “Amerikanın səsi”nin dini eksperti olan Məhəmməd Hidayəti belə dedi: Quran ayələrinə baxdıqda qəmə vurmağın kökünün Quranda olduğunu görürük. Bu ruhani görkəmində olan şəxs Allah kəlamını, Qurani-kərimi təhrif etməklə qəmə vurmağı Quran ayələri ilə uyğunlaşdırmağa çalışdı. Onun açıqlamaları o qədər səthi və məntiqsiz idi ki, proqramda iştirak edən digər ekspertin etirazına səbəb oldu. Uyğun proqramda dini ekspert kimi iştirak edən Məhdi Xəlici onun bu sözləri qarşısında sükut edə bilmədi və Vaşinqtonlu ruhaninin əsassız sözlərinə belə cavab verdi: Cənab Hidayətinin sözləri səhvdir və bu bir növ Quranı təhrif etməkdir (mənasını doğru olmayan yerə dəyişdirmək)
Proqramın davamında qəmə vurmaq şiələrin qədimi sünnələrindən biri kimi tanıtdırılıb və bildirilib ki, bu əməl insanda şücaət, fədakarlıq ruhiyyəsinin yüksəlməsinə səbəb olur. Onlar elə bu səbəbdən Amerikada qəmə vurmağın yasaqlanmadığını, şiələrin rahat şəkildə ABŞ küçələrində əzadarlıq keçirərək qəmə vura bildiyini söyləyiblər.

Farsdilli dini şəbəkələrin ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah məsulları ilə rabitəsi

Facebook 166

İRİB monitorinq rəhbəri Mehdi Şərifi ilə müsahibə zamanı belə bir sual ünvanlanıb ki, dinin qayğıkeşi olduğunu iddia edən kanalların ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah məsulları ilə nə əlaqəsi var? Onlar ağır texniki xərclərin öhdəsindən necə gəlir? Cavabda bildirilib ki, bu kanallar libaslarını dəyişib və onların içindən gələn səs şeytan nərəsidir. Bu kanalların məqsədi mərceiyyətsiz, cihadsız Amerika islamını yaymaqdır.
Onun bildirdiyinə əsasən bu kanallardan bəzisinin Höccətiyyə Birliyi hərəkatı ilə rabitəsi var. Bu elə bir nöqtədir ki, xalqımız ondan qafil olmamalıdır və dini qurumların, mədəniyyət müəssisələrinin, hörmətli mərcei-təqlidlərin doğru təlimlərinə əməl etməlidir.
Məsul şəxs əlavə edib: Bu kanalların əksərinin Höccətiyyə Birliyi ilə əlaqəsi var. Amma onların məscidlərdə nüfuzunun artmasına səbəb qeyri-agah cavanlardır. Bu cavanlar məlumatsızlıqları səbəbindən uyğun kanallarla həmkarlıq edir və onların cəmiyyətdə daha güclü təsir bağışlamasına səbəb olur. Bu səbəbdən dindarlar arasında bəzi vaxtlar bildirilir ki, uyğun kanallar yaxşı kanallardır, çünki bizim məsciddə keçirilən mərasimləri peyk kanallarında nümayiş etdirib.

Dindən ayrı olmayan siyasət!

85881093361781611451692464088

“Google” saytında Höccətül-İslam Məhəmməd Hidayəti adını axtarsanız bir çox məlumatlarla üzləşəcəksiniz. Bu şəxsin peyk kanallarında siyasi çıxışları olduqca çoxdur. O şəmsi 88-ci fitnələrindən sonra İrandakı qarışıqlığı dəstəklədi və İslam Respublikasına qarşı olduğunu ortaya qoydu.
Salam kanalı dəfələrlə dinin siyasətdən ayrı olduğunu bildirib. Amma dəfələrlə imam Xomeyninin (r) vəfatı ildönümü və İslam İnqilabının baş tutduğu günü siyasi bir addımla yaddan çıxarılmış, unudulmuş kimi göstərib. Həmçinin kanal İslam İnqilabı və əsil İslama qarşı olan mərcei-təqlidlərə geniş yer verir.
Məzhəbi ixtilaflar yaradılması və əhli-sünnənin təhqir edilməsi də bu kanalın proqramlarındandır. Uyğun təhqirlər və kanalın İran daxilindəki fitnəkarları dəstəkləməsi səbəb oldu ki, əhli-sünnə müxaliflərindən sayılan və kanalın təsirli şəxslərindən olan höccətül-islam doktor Qəzvini belə bu kanaldan uzaqlaşsın.

“Fədək” kanalı

61692-185271-1390039760

Şiə adı ilə sünnə əhlini təhqir təxribatı

58336238696578440731

İngilislər şiələr üçün də xoş simalı, Londonda hüseyniyyəsi olan, minbərə çıxıb söhbət edən, elmi hövzəsi olan, şiələrə “ürəyiyanan” və vəhhabilərin bir nömrəli düşməni olan bir tələbə hazırlamışdı.
Uyğun kanalın müdiri Yasir Yəhya Abdullah əl-Həbib 1977-ci ildə doğulub və Küveyt universitetinin politologiya fakultəsini bitirib. Küveytdə “Xuddamul-Məhdi” heyətinin yaradılmasından 3 il sonra bu tələbə 25 yaşı olarkən ifratçılığa daha çox meyilləndi və bu səbəbdən Küveyt hakimiyyəti heyəti qapatmaq və onun özünü həbs etmək məcburiyyətində qaldı.
Amma bu “cəsur” cavan ingilislərin diqqətini özünə cəlb etmişdi. Elə buna görə də İngiltərə və ABŞ-ın insan haqqları təşkilatları uyğun tələbə ilə bağlı bir sıra addımlar atdı. Şübhəsiz Küveyt rəsmiləri də təəccüb edirdi ki, axı nə üçün bu qədər məhbus və işkəncə görmüş insanların içindən məhz Yasir Yəhya uyğun təşkilatların maraq dairəsinə düşüb? Amma yenə də Küveyt risk etmədi və uyğun gənci bir çox təzyiqlər altında 3 ay həbsdə saxladıqdan sonra azad etdi.
Gənc ruhani həbsdən çıxandan sonra ingilislərlə yaxın dost oldu. Belə ki, ona Britaniyada sığınacaq verildi və o bu ölkənin şimalında məskunlaşdı. Təkcə 2 il ərzində bu ruhani Londona yerləşdi və öz fəaliyyət dairəsini genişləndirdi. “ShiaNewsPaper” adlı qəzet dərc edildi, Londonda “İmameyn Əskəriyyin” adlı elmi hövzə açıldı və ingilislərin dəstəyi ilə “Fədək” adlı peyk kanalı fəaliyyətə başladı. Bundan əlavə gənc ruhani 2010-cu ildə Londondakı heyəti Seyyidüş-şühəda hüseyniyyəsi adlı böyük bir məkana köçürdü və yeni məkanda elmi hövzə binası, heyət, ofis, mətbuat bölməsi, “Fədək” kanalı, “ShiaNewsPaper” qəzeti və veb sayt da yer aldı.
Hazırda küveytli bu şeyxin 36 yaşı var və Londonda İngiltərə dövlətinin onun üçün hazırladığı minbərlərdən guya şiələrin səsini dünyaya çatdırır. Siz necə, burada şübhəli bir məqam görmürsünüz?!

Şiənümaların sünnilər üçün hazırladığı alov kimi bürüdü?

Məsələnin aydınlaşması və bu dəstəklərin səbəbini anlamaq üçün 3 il öncəyə qayıtmaq kifayət edir. Hicri-qəməri 1431-ci ilin mübarək ramazan ayı. Ramazan ayının 17-də Yasir Yəhya həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ayişənin vəfat ildönümündə Londondakı hüseyniyyəsində minbərə çıxaraq, Peyğəmbərin (s) xanımı haqqında həyasızcasına, nalayiq ifadələr işlətdi. Bu şəxs öz dəlilləri ilə Peyğəmbərin (s) həyat yoldaşının ikiüzlü, yalançı olduğunu söylədi və strateji bir tövsiyə ilə öz söhbətini tamamladı: “Ayişənin vəfat gününün bayram kimi qeyd edilməsi dini zərurətlərdəndir; Ayişənin ölüm günü böyük İslami bir qələbə hesab edilir.” Bu şəxsin veb saytı da böyük bir fəxrlə uyğun məsələ ilə bağlı yazır: “Qeyd etmək yerinə düşərdi ki, “Fədək” peyk kanalı bu bayram və uyğun günlə əlaqəli hadisələr haqqında proqramlar nümayiş etdirib. Həmçinin kanalın yuxarı hissəsində televiziya kanallarının tarixində ilk dəfə olaraq “الله اکبر … عایشه فی النّار” (Allahu-Əkbər, Ayişə cəhənnəmdə) şüarı yazıldı. Proqramlar arasındakı müxtəlif fasilələrdə küfr başçısı Ayişənin ölümü və ondan qurtulmağımız münasibəti ilə şadlanmaq üçün müxtəlif musiqilər verildi.”
Bu Şeyxin daha öncə də oxşar fəaliyyətləri olub. Belə ki, bu şəxs Ayişəyə qarşı təhqir dolu kitabında onun eyş-işrət əhli olduğunu sübuta yetirməyə çalışır. Onun bu addımı şiələrə qarşı ciddi etirazlarla nəticələndi.
Küveytli şeyxin son addımı da tamamilə şiələrin zərərinə tamamlandı. Səudiyyənin birinci müftisi olan Şeyx Əbdül-əziz Ali-əl-Şeyx belə reaksiya verdi: “Yasir əl-Həbibin möminlər anası Ayişəyə qarşı ədəbsizliyindən sonra ərəb və İslam dövlətlərində şiə məzhəbinin təbliği dayandırılıb.” O Ərəbistan imam cümələri və camaat ilə görüşdə deyib: “Küveytli şiə ruhani Yasir əl-Həbibin sözləri səbəb oldu ki, şiəliyə meyillənən əhli-sünnədən olan bir çoxları öz yanlış qərarlarından döndülər və doğru yola qayıtdılar.”
Ali-Şeyx sözlərinə belə davam edib: “Mənə məlumat veriblər ki, şiəliyi qəbul etmiş xüsusi ilə Afrikanın şimalından olan çox sayda əhli-sünnədən olan şəxs Yasir əl-Həbibin sözlərindən sonra şiəliyin batil bir məzhəb olduğunu anladılar və doğru məzhəbə geri döndülər.”
Sonra bu şəxs kinayə ilə deyib: “Özlərini məzlumluq və şəhadət divarı arxasında gizlədən şiələrin əsil üzü ortaya çıxdı və məlum oldu ki, bunlar şər, napak bir qövmdürlər. Əl-Həbibin sözləri Allah tərəfindən bizim üçün bir lütf, nemət idi ki, şiələrin batini üzə çıxsın.”
Küveytli bu şeyxin əhli-sünnəyə qarşı təhqiramiz, şübhəli ifadələri Küveyt və Ərəbistan şiələrini də bir çox problemlərlə üzləşdirdi. Bu iki ölkənin şiə alimləri, o cümlədən Şeyx Əmri, Şeyx Hüseyn Mətuq, Şeyx Həsən Səffar, Şeyx Əli Ali-Möhsin, Şeyx Əbdül-Cəlil əl-Səmin, Şeyx Nimr və Seyyid Haşim əl-Səlman küveytli ruhanini tənqid etdilər və bildirdilər ki, o bizim sıralarımızdan deyil.
Dünyanın müxtəlif yerlərindən bu məsələlərə olan reaksiya götərdi ki, ingilislərin dəstəyi səmərəsini verib və Britaniya casuslarının Küveytin zindanından seçdiyi şeyx doğru seçim olub. Bu dəfə də “təfriqə yarat, hökmranlıq et” siyasəti cavab verir. Qeyd edək ki, küveytli ruhani uyğun proqramlarını növbəti il də həyata keçirdi.

Od üzərinə səpilən su

لاباب

Şöhrətpərəst şeyxin sözləri vəhhabilərin dəyirmanına su tökdü. Şiə alimlərinin onunla müxalif olduğunu ortaya qoyması belə şeyxin bu fitnələrinin təsirlərini yetərincə azalda bilmədi.
Bu hərəkətlər səbəb oldu ki, ərəb şiələrə təzyiqlər artsın. Bundan sonra Ərəbistanın Əhsa məntəqəsindən bir qrup alim böyük rəhbərlik məqamına istifta (fətva vermək tələbi) yolladılar. Rəhbərin cavabı od üzərinə səpilmiş su oldu: “Əhli-sünnə qardaşlarımızın dini simvollarına, müqəddəsatına, o cümlədən həzrət Peyğəmbərin (s) həyat yoldaşına qarşı ittihamlar səsləndirmək haramdır. Bu mövzu bütün peyğəmbərlərin xanımlarına, o cümlədən seyyidül-ənbiya böyük peyğəmbər həzrət Məhəmmədin (s) xanımlarına da şamil olunur.” Bu fətva Əl-Cəzirə kanalından tutmuş, Küeytin “Əl-Ənba” qəzetinədək, çox sayda oxucusu olan “Muhit” saytında, Livanın “Əl-Səfir”, Londonda çap olunan “Əl-Həyat” qəzetində və digər bir çox radio və telekanallarda yayımlandı və müzakirə obyekti oldu.
Hətta Əl-Əzhər şeyxlərindən olan Əhməd Ət-Təyyib böyük inqilab rəhbərinin fətvasına belə reaksiya verdi: “İmam Seyid Əli Xameneinin səhabələr və Peyğəmbərin (s) həyat yoldaşlarına qarşı yönəlmiş təhqirin haram olması barədə mübarək fətvasını böyük bir sevinclə aldım. Bu fətva fitnəkarların təhlükəsi agahlıqla dərk edilərək, uzaqgörənliklə verilib. Fətva müsəlmanların vəhdətinə olan sevginin təzahürudur. Bu fətvanın əhəmiyyətini daha artıran məsələ isə budur ki, onu böyük müsəlman alimlərindən biri, ən böyük şiə mərcələrindən olan və İran İslam Respublikasının ali rəhbəri verib. Mən elmi məqam və şəri məsuliyyətimdən dolayı deyirəm ki, müsəlmanların vəhdəti üçün çalışmaq vacibdir və İslam məzhəbləri ardıcılları arasında ixtilaf alimlər arasında fikir ayrılığı səviyyəsində qalmalıdır və İslam ümmətinin vəhdətinə xələl gətirilməməlidir. Allah-Taala buyurub:

وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَاصْبِرُوا ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! (“Ənfal”, 46)

Hərçənd bu arada uyğun fətvaya Əl-Ərəbiyyə kimi vəhhabi kanalları və KİV-nin reaksiyası sürpriz olmadı: Senzura və Sükut!

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button