AktualAktualArxivXəbər lentiXəbərlər

Bakıda ağaclar yandırılır: Nazirlik araşdırma aparıb, polisə müraciət edib – FOTOLAR, YENİLƏNİB

Təmizlik adı altında ağacları yandırır, sonra kökündən kəsirlər

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Binəqədi rayonu 6 mikrorayondakı meşə zolağında yandırılaraq məhv edilən ağaclarla bağlı məsələyə aydınlıq gətirib.
Nazirlikdən Lent.az-a daxil olan məlumatda bildirilir ki, aparılan araşdırmalar nəticəsində ərazidə 5 ədəd Eldar şamı və 4 ədəd iydə ağacının naməlum şəxslər tərəfindən yandırılması faktı aşkar edilib: “Nazilik tərəfindən qeyd olunanlarla əlaqədar təqsirkarların müəyyən olunması üçün Binəqədi rayon Polis İdarəsinə müraciət edilib. Eyni zamanda nazirlik ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verib. Hazırda sözügedən yaşıllıq ərazi ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb”.
*****
13:06
Bakının 6-cı mikrorayon ərazindəki meşə zolağında ağaclar bilərəkdən yandırılıb yerindən çıxarılır. Bu barədə Lent.az-a yerli sakinlər məlumat veriblər. Məlumata görə, təmizlik adı altında ağacların ətrafında quru ot və kol-kos yandırılır. Bundan sonra ağacları dibindən kəsirlər.
Məlumatı dəqiqləşdirmək üçün ərazidə olduq. Sakinlərin dediyinə görə, indiyədək onlarla ağac beləcə məhv edilib. Amma bunun kimlərin və nə məqsədlə etdiyi onlar üçün də qaranlıq qalıb. Bir yandan da kənar yerlərdən gəlib bura zibil atanlar ərazini zibilliyə çeviriblər. Ərazinin qorunmasına məsul olan şəxslər isə, sanki heç nə olmamış kimi sakinlərin şikayətini qulaqardına vururlar.
Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri İradə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, mütəxəssislər artıq ərazidə araşdırmalar aparır. Nəticəsi ilə bağlı açıqlama veriləcək.
Qeyd edək ki, həmin meşə zolağı mərhum akademik Həsən Əliyevin göstərişi ilə salınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button