ArxivXəbər lentiXəbərlər

Bakıda 2 nəfər körpüyə çıxaraq intihar etmək istədi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
qafqaz.ir FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Onlarla aparılan psixoloji söhbət nəticəsində bir nəfər intihar fikrindən imtina edib və yerə düşüb.
İkinci şəxs də xilas edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button