ArxivXəbər lentiXəbərlər

Bakıda 19 yaşlı qız ABŞ səfirliyinin avtomobilinin altında can verdi – FOTO

Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
 
FaktXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub.
Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb, sıxılmış vəziyyətdə qalıb.
N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılıb.
Qeyd edək ki, “Chevrolet” ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olub. Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov APA-ya deyib ki, hadisə iki motosikletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib:
“Əvvəlcə motosikletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button