ArxivXəbər lentiXəbərlər

Sarqsyan həbs etdirdi, Avropa İttifaqı isə buraxılmalarını tələb etdi – FOTO

Bu gün saat 15.00-a qədər İrəvanda sabiq prezident Serj Sarqsyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edənlərdən 228 nəfər saxlanılıb.

FaktXəbər-in “News.am” saytına istinadən məlumatına görə, aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatları Nikol Paşinyan və Sasun Mikaelyan da saxlanılanlar arasındadır. Onlara qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb.

Bu arada isə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin mətbuat xidmətinin rəhbəri Mayi Kosnyançiç yaydığı bəyanatda Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib və tərəfləri təmkinli olmağa çağırıb.

Xatırladaq ki, bu gün baş nazir Serj Sarqsyan və aksiyalara rəhbərlik edən Nikol Paşinyan arasında keçirilən dialoq nəticəsiz başa çatmışdı və Sarqsyan rəqibini hədələməişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button