IslamXəbərlər

Təkfirçi və ifratçı dəstələr xalis, həqiqi İslamla mübarizə məqsədi ilə fəaliyyət göstərirlər

Ərdəbilin imamcüməsi bu həftənin xütbəsində bildirdi: “İmam Hüseynin (ə) doğum gününü keşikçi günü adlandırıblar. Çünki dövlət keşikçiləri İmam Hüseynin (ə) keşiyini çəkdiyi həqiqətlərin keşiyindədirlər. İmam Hüseynin (ə) keşiyində olmaq, onu müdafiə etmək din təlimlərindən və dini-ictimai həyatın əsaslarındandır.
Ayətullah Amili bu barədə buyurdu: ” Keşikçilərin İmam Hüseyni (ə) özlərinə nümunə etmələri olduqca əhəmiyyətlidir… İmam Hüseyn (ə) son dərəcə azadcasına və şücaətlə zülm qarşısında müqavimətin və cəddinin dinini müdafiə etməyin əbədi nümunəsini yaratdı.
Seyid Həsən Amili belə əlavə etdi: Keşikçiliyin ilk addımı nəfsin paklığının keşiyini çəkmək, nəfs istəkləri ilə mübarizədir.
Ərdəbilin imamcüməsi öz xütbəsində həmçinin müharibə əlilləri gününü dəyərləndirdi və İmam Xumeynidən (r) belə nəql etdi: “Müharibə əlili həmin şəhiddir ki, bədəninin bir hissəsi bu dünyada qalıb.”
O İran İslam inqilabının banisinin vəfatının il dönümünü işarə edərək dedi: “İmam (r) ölkə daxilində milli hakimiyyəti, milli izzət və gücü dirçəltdi və xaricdə ən böyük islami oyanışın səbəbkarı oldu, xalis Məhəmməd (s) islamını yaşatdı. İmam (r) dünyanın iki istismarçı və istismara məruz qalmış hissəyə bölündüyünü, bir qrupun əmr verdiyini, digər bir qrupun əmrə itaət etdiyini gördü. Və gördü ki, İslam ümməti faciəvi geriliyə qalmağı səbəbindən istismara məruz qalmışların içindədir və əmrlərə tabedir, onun heç bir iradəsi və gələcəyi yoxdur. Odur ki İmam (r) mübarizəyə başladı. İmam (r) bilirdi ki, dünyanın kibirli, zalım dövlətləri ağızlarındakı bu dadlı tikəni atmaq istəməyəcəklər və onun qarşısında dayanacaqlar. Odur ki, İslam inqilabından sonra orta şərq qatışdı, mühariblər, müdaxilələr, təhlükəli qruplaşmalar yarandı.
Rəhbərliyin xibrlələr məclisinin nümayəndəsi cənab Ayətullah Amili bu barədə belə əlavə etdi:
İmam (r) öz yüksək ayıq-sayıqlığı ilə anladı ki, düşmən “dinə qarşı din” silahı ilə döyüşə gələcək və bu səbəbdən ilk dəfə olaraq İmam Xumeyni (r) İslamı iki yerə böldü: Amerika İslamı və pak Məhəmməd (s) İslamı. İmam (r) xalis Məhəmməd (s) İslamının xüsusiyyətlərini, əlamətlərini açıqlamaqla ümmətin qarşısında böyük bir ölçü qoydu ki, ümmət daxili səhvlərə, qarşıdurmalara düçar olmasın. Biz İmama (r) və İslam inqilabına borcumuzu ödəmək üçün İmamın göstərdiyi, ortaya qoyduğu meyarları bütün dünyaya çatdırmalıyıq.
Ayətullah Amili sözünə belə davam etdi: Böyük Rəhbər son çıxışında müharibəyə meyilli olmaq ittihamı düşmənlə razılaşmanı tiorizə etməyi xəyanət hesab etdi. Rəhbərin bu sözü pak Məhəmməd (s) İslamının göstəricilərinin ən mühümlərindən biri idi.
Ərdəbilin imamcüməsi Amerika İslamının göstəricilərinə və xalis İslamla mübarizə məqsədi ilə ifratçı və təkfirçi dəstələrin fəaliyyətinə işarə edərək dedi:
Düşmən bununla kifayətlənməyib və çox saylı televiziya kanalları təsis edib. Bu kanallar şiə adı ilə Əhli-sünnə əleyhinə və Əhli-sünnə adı ilə şiə əleyhinə qızğın fəaliyyət göstəriblər, düşmənçilik terror qətl və partlayışlar üçün zəmin yaradırlar.
O belə əlavə etdi: Düşmən bu barədə o qədər müvəffəqiyyətli fəaliyyət göstərib ki, 80 ölkədən cavanlar şiə öldürmək üçün Suriyaya yollanıblar. Nifrət yaymaqla məşğul olan bu kanallar əksər hallarda Amerika, İngiltərə və muzdlu ərəb ölkələri tərəfindən maddi təmin olunurlar və İngiltərə, Amerikadan yayımlanırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button