ArxivQarabağXəbər lentiXəbərlər

Bakı islami ölkələri Qarabağda icra olunacaq layihələrdə iştiraka çağırıb

Azərbaycan Respublikasının iqtisadiyyat naziri islami ölkələri Qarabağ bölgəsində infrastruktur layihələrin icrasında iştiraka çağırıb.

Qafqaz.ir xəbər verir, Mikayıl Cabbarov İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Komitəsinin 36-cı iclasındakı çıxışında deyib: Azad edilmiş Qarabağ bölgəsində tikinti layihələri və yeni infrastrukturların icrası Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biridir.

İslam Əməkdaşlıq Təşkilatının İslam Dünyasında rifahın yaxşılaşdırılmasındakı mühüm roluna toxunan Cabbarov bildirib ki, bu bölgədə investisiya üçün bir çox fürsətlər mövcuddur.

Bu iclas video-konfrans formasında Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın sədrliyi, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətlərinin, bu təşkilatın ixtisas müəssisələrinin, həmçinin müxtəlif beynəlxalq orqanların nümayəndələrinin iştirakı ilə keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button