ArxivIslamSosialXəbər lentiXəbərlər

Bəhreyn rejimi iki şiə fəalı edam edəcək

Ərəb mediasına görə, Bəhreyndə Ali Xəlifə rejiminin Ali Məhkəməsi terror fəaliyyəti ittihamları ilə həbs olunan Züheyr İbrahim Casim Abdullah adlı vətəndaşa əvvəlki məhkəmə instansiyaları tərəfindən verilən edam hökmünü qüvvədə saxlayıb.

Ali Xəlifə rejiminin məhkəməsi edam cəzası verilən 35 yaşlı bu şəxsə qarşı ittihamların heç birini sübut edə bilməyib və dəlil irəli sürə bilməyib.

Digər gənc Hüseyn Abdullah Xəlilə verilən edam hökmü isə Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib, o Damestan partlayışlarında ittiham olunur, lakin istintaq heç bir sübut irəli sürə bilməyib.

Qeyd edək ki, 2011-ci ildən Bəhreyn rejimi xalqa qarşı sərt münasibət sərgiləməklə yanaşı, qanunsuz həbslər və edamlarla yadda qalıb.

Son 9 il ərzində 11 mindən çox vətəndaş saxta ittihamlarla saxlanılmış, bir çoxu həbs edilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button