AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Azərilərin İmam Rza (ə) Hərəmində toplantısı-Foto

İmam Rzanın (ə) şəhadət gecəsi azərilər İmam Rza (ə) Hərəmində toplanıb

Qafqaz Həqiqətləri – Redaksiyamızın “Astan News”-ə istinadla verdiyi xəbərə görə, İmam Rzanın (ə) şəhadət gecəsi o həzrətin hərəminin ümumi məkanlarında əzadarlıq mərasimləri keçirilirdi. Müxtəlif millətlərdən və dillərdən olan zəvvarlar bu mərasimlərdə iştirak edirdi.

Proqrama əsasən azərilərin əzadarlıq mərasimi axşam saat səkkizdə Sabir Xorasaninin şer oxuması ilə başladı. Mərasimin davamında Vəliyyi-Fəqihin nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amili çıxış etdi. Onun çıxışından sonra azəri məddah və rövzəxanlar rövzə oxudular.

Qeyd edək ki, mərasimdə İrandan əlavə, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələrdən azəri şiələr iştirak edirdi.

.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button