AktualAktualArxivXəbər lentiXəbərlər

Azəri türkcəsində yeni Quran təcüməsinə bir baxış

Bu günə qədər türk dilində Qurani-Kərimin 100-ə yaxın tərcüməsi çap olunub. Bu günlərdə Rəsul İsmayılzadə tərəfindən yeni təcümə təqdim olunub.

Qafqaz Mədəniyyət Mərkəzi məlumat verir ki, bu günə qədər türk dilinin müxtəlif şivələrində 100-ə yaxın Quran tərcüməsi çap olunub. Bunlardan 10-u sırf türk dilindədir. Tərcümələrdən klassik azəri türkcəsinə aid olanlar məna və məzmun baxımından daha dəqiq olsa da, dil və ədəbiyyat baxımından zəifdir. Müasir tərcümələr klassik tərcümələrdən fərqli olaraq dil baxımından dəqiq, məzmun baxımından nöqsanlıdır. Tərcümələrə əqidə və məzhəb zövqləri də öz təsirini göstərib. Bütün bunları nəzərə alaraq Vəhy Tərcüməçiləri Müəssisəsi Azərbaycan müsəlmanlarının ehtiyacına uyğun olaraq yeni bir tərcümə çap etmək qərarına gəlib. Elə bir tərcümə ki, onda əvvəlki tərcümələrin müsbət nöqtələri qorunsun, nöqsanları aradan qaldırılsın.

Xarici dillərə Qurani-məcidin tərcüməsi ilə məşğul olan insititut Rəsul İsmayılzadənin həmkarlığı ilə 5 il təlaşdan sonra Qurani-Kərimin yeni tərcüməsini kiril, ərəb və latın əlifbaları ilə çap etməyə müvəffəq olub. Rəsul İsmayılzadə fiqh, hüquq təhsilinə malikdir, türkologiya üzrə araşdırmalar aparır. Bu Quran tərcüməsinin ərsəyə gəlməsində Quran Araşdırmalar qrupu iştirak edib.

Yeni tərcümədə əqidə və məzhəb zövqlərinə yol vermədən Quran orijinal mətnindən dilimizə çevirilib. Tərcümədə son araşdırmalar, təfsirlərdən istifadə olunub. Rəsul İsmayılzadə Azərbaycan mərsiyyə ədəbiyyatı, türk dilçiliyi mövzusunda 50-dən artıq məqalə yazıb. Ölkə daxilində və xaricində müəllifin türk dilində Quran tərcüməsi, Nəhcül-Bəlağənin tərcümələrinə rəyləti çap olunub. Rəsul İsmayılzadə türk şer və ədəbiyyatı sahəsində mütəxəssisdir. Müəllif özü azeri türkcəsində şeir yazır. Hazırda Rəsul İsmayılzadə İslam Mədəniyyət və Rabitələr Təşkilatının kitab şurasında orta Asiya və Qafqaz üzrə ekspert kimi fəaliyyət göstərir. Şah İsmayıl Səfəvinin divanı, Xacə Əhmədin divanının redaktəsi, İmadəddin Nəsiminin divanının redaktəsi, Müqəddəs Ərdəbilinin Əqaidul-İslam kitabının yeni variantı Rəsul İsmayılzadənin işlərindəndir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button