ArxivIslamXəbər lentiXəbərlər

Azəri-Cəhromi İ.Əliyevlə görüşüb

  • İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycan Respublikasına səfəri zamanı bu gün bu ölkənin prezidenti ilə görüşüb.

İranın Bakıdakı səfiri Cəvad Cəhangirzadənin də iştirak etdiyi bu görüşdə Mohəmməd Cəvad Azəri-Cəhromi və İlham Əliyev iki ölkənin həmkarlıqları prosesi barədə danışıblar.

Azərbaycan Respublikası prezidenti bu görüşdə İran İslam Respublikasının “Bakutel-2019” beynəlxalq sərgisində nazir səviyyəsində təmsil olunmasından məmnunluq ifadə edərək, deyib: Əminəm ki, bizim rabitə və informasiya texnologiyaları sahəsindəki həmkarlıqlarımız da digər sahələr kimi parlaq gələcəyə malik olacaq.

Əliyev İran İslam Respublikası prezidentilə çox sayda görüşünə işarə edərək, əlavə edib: Bütün bu görüşlər məhsuldar olub və mən razılaşmalarımızın nəticə verməsinə sevinirəm.

Azəri-Cəhromi də bu görüşdən sonra deyib: ICT sahəsində Azərbaycan Respublikası ilə ortaq bir layihə icra etmək istəyirik və qısa bir zamanda iki ölkə arasında yekun anlaşma sənədi işlənib hazırlanıbdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button