AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatXəbər lentiXəbərlər

Azəri Əyalətləri Tələbə Hərəkatı AİP sədr əvəzinin həbsi ilə bağlı bəyanat yayıb

İran Azəri Əyalətləri Tələbə Hərəkatı Azərbaycan İslam Partiyası sədr əvəzinin həbs edilməsini pisləyərək vurğulayıb: “Azərbaycan Respublikasında Əhli-beyt (ə) sevgisi, vilayəti və təfəkkürünün tərvici İran və Azərbaycan xalqlarının qardaşlıq və həmrəyliyini təsbit edir, Qarabağ işğalçılığı qarşısında aşuraçılıq və qəhrəmanlıq ruhunu gücləndirir.”

Qafqaz Həqiqətləri “Sabalanema” saytına istinadla xəbər verir ki, İran Azəri Əyalətləri Tələbə Hərəkatı bəyanat yayaraq Azərbaycan İslam Partiyası sədr əvəzinin həbs edilməsini pisləyib.

Bəyanatda deyilir:

Namaz məhbusu Hacı Sərdar Həsənlinin azad olunmasından 10 gün sonra AİP sədr əvəzi höccətül-islam Hacı İlham Əliyevin həbs xəbəri çox təəssüflü bir xəbərdir. Onun həbsinin Azərbaycan dövlətinin hərtərəfli siyasi islahat apardığını, bütün rəsmi və qeyri-rəsmi partiyaların rəhbərlərini dialoqa çağırdığını iddia etdiyi bir vaxtda baş tutması heyrət doğurur.

Tanınmış ruhani höccətül-islam Hacı İlham Əliyev Azərbaycan ölkəsinin elmi və mənəvi şəxsiyyətlərindən sayılır və o, bundan əvvəl də Azərbaycanın təhsil ocaqlarında islami hicabın qadağan edilməsi layihəsinə mədəni etiraz etdiyi üçün iki il həbsdə olmuşdur.

Dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikası təəssüflər olsun ki, bugün dünya imperializmi və sionizminin anti-islam və anti-şiə siyasətlərini izləyir, Azərbaycanın işğal edilmiş 20 faiz torpağını azad etmək üçün işğalçılarla mübarizə istiqamətində bu ölkənin müsəlman xalqının potensialları, dini və hüseynçi hislərini gücləndirmək, ondan düzgün istifadə etməyə təlaş göstərmək əvəzinə, Bakının hakimiyyət və təhlükəsizlik sistemləri üzərində geniş nüfuza malik sionist rejim və Amerikanın təhrik və göstərişləri ilə islamçılarla və dini rəhbərlərlə mübarizə aparır, onları zəifləndirməyə səy edir.

Görəsən, Azərbaycanın dindar əhalisi bu ölkənin tərkib hissəsi deyilmi?! Belə görünür ki, Azərbaycan Respublikasında islamofobiya siyasətləri, dini məhdudiyyətlərin həyata keçirilməsi, təhlükəsizlik aparatlarının fəal dindarlar və dini rəhbərlərə qarşı saxta ittihamlar kimi yollardan istifadə etməklə onları həbs etməsi, Amerika və sionist rejimin islamçıların fəaliyyəti barədə Azərbaycan dövlətinin canına saldığı səhv və ilğımsayağı vahimədən qaynaqlanan qeyri-düzgün təhlilə əsaslanır. Bu məsələ cinayətkar və uşaq qatili olan sionist rejim və cinayətkar Amerikanın Azərbaycan dövlətinin əli ilə bu ölkənin şiələrinə qarşı həyata keçirdiyi ən dərdli intiqamdır. Xüsusilə də bu məsələ Azərbaycan xalqının sərdar Hacı Qasim Süleymaninin şəhid olmasından sonra o şəhidə öz sevgi və hislərini geniş şəkildə sərgiləməsindən, bu sevginin Amerika və sionist rejimi qorxuya salmasından sonra baş tutur.

İran Azəri Əyalətlər Tələbə Hərəkatı insan haqlarına zidd addımı pisləməklə yanaşı Azərbaycan Respublikasının əxlaq ustadı, dini və mənəvi şəxsiyyəti höccətül-islam İlham Əliyevin həbsini pisləyir, Azərbaycan Respublikasının böyük xalqı və müsəlmanlarının dini vəzifələri yerinə yetirmək haqqının bərpa edilməsinə təkid edir və bildirir ki, Azərbaycan Respublikasında Əhli-beyt (ə) sevgisi, vilayəti və təfəkkürünün tərvici İran və Azərbaycan xalqlarının qardaşlıq və həmrəyliyini təsbit edir, Qarabağ işğalçılığı qarşısında aşuraçılıq və qəhrəmanlıq ruhunu gücləndirir. Digər tərəfdən isə bildirir ki, sionist rejimin Azərbaycan Respublikasının təhlükəsizlik aparatlarında geniş və gizli nüfuzu Azərbaycan xalqı və dövlətinin maraqlarının təmini istiqamətində deyil, sionist rejimin öz istəklərinə çatması və maraqlarının qorunması məqsədi güdür və qondarma sionist rejimin dəyişməz siyasətlərindən biri də səhv qərar vermək və məntiqsiz siyasət yürütməyə məcbur etmək yolu ilə iki ölkənin dost və qardaşcasına münasibətlərini korlamaqdır. Son həbs bunun onlarla nümunəsindən biridir. Bu həbs sionist rejimini sevindirsə də, onun hazırkı maraqlarını təmin etsə də, Azərbaycan dövləti və xalqı arasında uçurumu artıracaq, bu ölkənin milli birliyini silkələyəcək.

Sonda Azərbaycan dövlətindən açıq şəkildə istəyirik ki, insan haqlarına hörmətlə yanaşaraq AİP sədr əvəzi höccətül-islam İlham Əliyevi və digər islamçı məhbusları azad etsin, sionist rejim və cinayətkar Amerikanın çürümüş ipi ilə öz xalqı, xüsusilə də Azərbaycanın dindar cəmiyyəti ilə mübarizə aparmaq quyusuna düşməkdən çəkinsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button