ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Füzuli” Beynəlxalq hava limanında sınaq uçuşları başlayıb

“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.

Bu haqda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşların həyata keçirildiyi bildirilir.

Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.

AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir, tam avtomatik uçuş nəzarət sistemidir.

İşğaldan azad edilmiş ərazilərdə “Füzuli” hava limanından başqa daha iki aeroport tikilir. Onlar Zəngilan və Laçın rayonlarının ərazisində inşa edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button