AktualArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO + YENİLƏNİB

“İqtisadi sahədə çox gözəl nəticələr var. Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb”.
 bunu Azərbaycan Prezidenti İlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Dövlət başçısı bildirib ki, bu, əldə edilmiş razılaşmaların nəticəsidir: “İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərləri çərçivəsində 18 sənəd imzalanıb. Bu gün əlavə iki sənəd imzalanıb. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə də biz minnətdarıq. Eyni zamanda, Prezident Ruhani qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə öz maliyyə resurslarını səfərbər edib. Bir il bundan əvvəl bu salonda mən qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək və biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib istifadəyə verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir. Bu layihə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır”.
Azərbaycan prezidenti vurğulayıb ki, energetika sahəsində böyük uğurlar əldə edilib: “Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısıdır və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının yerinə yetirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılmışdır. Mən xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir, prezidentlərin bütün göstərişlərini vaxtında və yüksək səviyyədə icra edir. İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir”.
Prezident İlham Əliyev qeyd edib ki, respublikamız İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir: “Bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq.
Bir daha qonaqpərvərliyə görə sizə minnətdaram və fürsətdən istifadə edərək, cənab Prezident, sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm”.
14:09
Martın 5-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
14:00
Martın 5-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
 “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi imzaladılar.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə imzaladılar.
13:26
Bu gün məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
 H. Ruhani geniş tərkibli görüşdə deyib ki, prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətini görməyə çox şaddır.
H. Ruhini qeyd edib ki, Azərbaycan prezidenti və nümayəndə heyətinin üzvləri ilə İranda keçirdikləri görüş bir başlanğıc olub: “Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”.
Azərbaycan prezidenti İlham Əliyev ilk növbədə, dəvətə, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə İran prezidentinə minnətdarlıq edib: “İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxıb. Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir”.
Görüşdə ölkələrimiz arasında mədəni, iqtisadi, dini əlaqələrin və mehriban qonşuluğun əməkdaşlığımızın əsasını təşkil etdiyi vurğulandı. Azərbaycan ilə İran arasında əlaqələrin ölkələrimizin maraqları əsasında inkişaf etdiyinin qeyd olunduğu görüşdə qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyəti diqqətə çatdırıldı, bu istiqamətdə bir sıra addımların atıldığı bildirildi.
Söhbət zamanı iqtisadi əlaqələrimizin sürətlə inkişaf etdiyi, Xəzər dənizində, enerji, o cümlədən neft-qaz sahələrində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulandı. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olundu, hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı perspektivlərin mövcudluğu diqqətə çatdırıldı.
Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin son illər daha yüksək səviyyəyə çatdığı vurğulandı, əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirildi.
12.29
İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani arasında geniş tərkibdə görüşü olub.
 təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
12.14
İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.
rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button