AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Azərbaycanlı mədəni fəal: Birinci Qarabağ müharibəsində Azərbaycanın yanında dayanan ölkə yalnız İran idi

Ramiz Sarıyev: Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının yanında dayanan tək ölkə İran oldu və Azərbaycan xalqından heç bir köməyini əsirgəmədi.

Qafqaz Həqiqətləri xəbər verir ki, 16 noyabrda “Əhli-Beyt (ə) Davamçıları Beynəlxalq Vebinarı” keçirilib. Vebinarda Ali Məqamlı Rəhbərin Qarabağla bağlı baxışları araşdırılıb. Vebinarda çıxış edən Azərbaycan Respublikasının mədəni fəalı Ramiz Sarıyev deyib: “Bildiyiniz kimi Ali Məqamlı Rəhbər öz bəyanatında Qarabağla bağlı bir neçə məsələyə toxundu. Həmin məsələlər bunlardan ibarət idi: birincisi, Ermənistan Azərbaycan Respublikasının ərazisini işğal etmişdir; ikincisi, Azərbaycan Respublikası öz ərazilərini işğaldan azad etməyə haqlıdır; üçüncüsü, terrorçuların hüzuru və müharibə bölgə üçün zərərlidir.”

O əlavə edib: “Ali Məqamlı Rəhrəbin bəyanatında işarə olunan birinci məsələ bu idi ki, Ermənistan işğalçıdır. Bəli, 30 il bundan əvvəl sabiq SSRİ-nin parçalanmasından sonra Ermənistan öz müttəfiqlərinin köməyi ilə Azərbaycan Respublikasının ərazilərinə hücum etdi və bu ölkənin torpaqlarının 20 faizini işğal etdi. O vaxt Azərbaycana kömək edən və bizim yanımızda dayanan tək ölkə İran oldu. İran həm maddi, həm mənəvi, həm də insani köməklərini Azərbaycan xalqı və dövlətinə çatdırdı. Bizdən heç bir köməyini əsirgəmədi.

Dediyim bu sözləri tarix kitablarında oxumamışam. Həmin dövrdə mənim 12-13 yaşım var idi və İranın göndərdiyi yardımları Gəncənin Şah Abbas məscidində camaata paylayanlardan idim.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button